Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Pakistan Prezidenti: “Müsəlmanlar müharibə istəmir“

Tarix 14.08.19, 19:53

Font ölçüsü : - / +
bitmap-img6


Müsəlmanlar müharibə istəmir, lakin bizi buna məcbur edərlərsə, geri addım atmarıq.

Bu fikri Pakistan Prezidenti Arif Alvi ölkənin müstəqilliyinin 73-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdəki çıxışında səsləndirib.

Pakistan Prezidenti qeyd edib ki, onun ölkəsi özünü müdafiə etməyə qadirdir və Cammu və Kəşmir bölgəsində Hindistanın atdığı addımlar nəticəsində baş verə biləcək bütün hadisələrə, o cümlədən müharibəyə hazırdır. O, bu bölgənin xalqının öz müqəddəratını təyin etmək hüququnun olduğunu söyləyib. Əlavə edib ki, müharibə təkcə iki ölkəni yox, bütün dünyanı əhatə edə bilər. “Biz kəşmirlilərlə eyni xalqıq və onların əzab-əziyyətləri də bizi narahat edir. Pakistan işğal olunmuş ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsinə də heç vaxt imkan verməyəcək”, -deyə Prezident vurğulayıb.

Pakistan mətbuatı yazır ki, Müstəqillik Günü bu il məhz Cammu və Kəşmir xalqı ilə həmrəyliyə həsr olunub. İslamabadda və başqa şəhərlərdə ilk dəfə inzibati binaların üzərində Pakistan bayrağı ilə yanaşı Cammu və Kəşmir bayrağı da dalğalanıb.

Prezidenti Arif Alvi ölkə vətəndaşlarını Kəşmirlə bağlı video və fotomaterialları sosial şəbəkələrdə yerləşdirməyə çağırıb və bu bölgənin xalqını heç bir vaxt tək qoymayacaqlarını bəyan edib. Müstəqillik Günü münasibətilə Pakistanın əyalət mərkəzləri olan Kəraçi, Lahor, Peşəvar və Quetta ilə yanaşı, Kəşmirin bu ölkənin nəzarəti altında olan hissəsində və Gilgit-Baltistan regionunda da yaylım atəşləri açılıb. Əllərində Pakistan və Kəşmir bayraqları tutmuş minlərlə insan küçələrə çıxıb(azərtac).




Xəbərin oxunma sayı : 139




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap