Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Pakistandakı taliban lideri öldürüldü –ABŞ terrorçunu dronla vurub

Tarix 15.06.18, 23:26

Font ölçüsü : - / +
bitmap-img6


Hərbi rəsmilərin təsdiqlədiyi məlumata görə, Amerika dronunun Əfqanıstanın şərq sərhədi boyunca apardığı əməliyyatlar nəticəsində Pakistandakı  taliban liderinin yeri müəyyən edilib və öldürülüb.

Anonim qalmaq istəyən ABŞ rəsmisi bildirib ki, çərşənbə günü təşkil edilən dron hücumunun əsas hədəfi Əfqanıstanın Kunar əyalətindəki Pakistanın Tehrik-e-Taliban qrupunun başçısı Millah Fazullah olub.

Pakistanın kəşfiyyat mənbələri dron hücumunu təsdiqləyib. Hücum Kunar əyalatini Pakistanla birləşdirən dağlıq Maravara rayonunda baş verib.

Pakistanın Tehrik-e-Taliban qrupunun sözçüsü liderlərinin öldürülməsi barədə şərh verməyib amma kəşfiyyat qaynaqlarından “Amerikanın Səsi”nə bildiriblər ki, Fazlullahın varisini təyin etmək üçün militant qrup artıq görüşlər keçirməyə başlayıb. Pentaqon rəsmiləri isə hücumun müvəffəqiyyətli olub-olmadığı ilə bağlı şərh verməkdən imtina edib.

ABŞ tərəfi Millah Fəzlullahı militant qrupa başçılıq eləməyə başladığı 2013-cü ildən etibarən Amerika və Pakistan hədəflərinə qarşı çoxsaylı hücumlar etməkdə günahlandırır. 2014-cü ilin dekabr ayında Pişəvərdə yerləşən Ordu məktəbinə olunan hücum nəticəsində 130-dan çoxu uşaq olmaqla 151 nəfər öldürülmüşdü.

 



Xəbərin oxunma sayı : 502




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap