Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Pakistanlılara kritik xəbərdarlıq: çox sayda insan məhv ola bilər

Tarix 20.04.24, 22:40

Font ölçüsü : - / +
bitmap-img6


Pakistan əyalətlərindən birində buzlaqların sürətlə əriməsinə görə daşqın xəbərdarlığı edilib.

Bu barədə "PA Media" məlumat yayıb.

Son günlər ölkədə ekstremal hava şəraiti yaşanıb, nəticədə onlarla insan həlak olub, əmlak və kənd təsərrüfatı torpaqları dağıdılıb. Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi səbəbindən Pakistanda yağışlar həmişəkindən çox olub.

Daşqınlardan xüsusilə təsirlənən dağlıq şimal-qərbdəki Hayber Paxtunxva əyalətində səlahiyyətlilər bir neçə bölgədə buzlaqların əriməsi səbəbindən daşqın xəbərdarlığı edib.

Vaxtında təhlükəsizlik tədbirləri görülməsə, gözlənilən sel ciddi can və mal itkisinə səbəb ola bilər.

Səlahiyyətlilər daşqının daha da pisləşə biləcəyini və insanların hər hansı təhlükədən qaçmaq üçün daha təhlükəsiz yerlərə köçməli olduğunu bildirib.

Əyalət admnistrasiyasından verilən son məlumatlara görə, son 5 gündə leysan yağışları ilə bağlı hadisələrdə 25-i uşaq olmaqla 46 nəfər həlak olub.(Publika.az)



Xəbərin oxunma sayı : 796




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap