Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Pandemiya dövründə gecikdirilmiş kreditlərə görə cərimə yazılması…- Prezidentin köməkçisi münasibət bildirdi

Tarix 08.08.20, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


“Kreditlər üzrə gecikmələrlə görə cərimənin yazılması məsələsi ilə bağlı Azərbaycan Banklar Assosiasiyası tərəfindən bəyanat verilib ki, moratorium tətbiq olunur. Həmin müddət ərzində gecikmələr yazılmırdı”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, bu, bankların özünün könüllü qərarı olub.

“Könüllü qərar olduğuna görə seçim də onların özündədir. Onlar da bunu bilərəkdən edirlər. Başa düşürlər ki, bu gün sahibkarlara, insanlara kömək etmək laxımdır. Ola bilər ki, imkanı olan insanlar ödənişdən boyun qaçırmaq üçün yaranmış situasiyadan sui-istifadə etmək istəyirlər. Banklar da bunu biləndə həmin şəxsləri cərimə etməyə məcbur olurlar. Yəni bu alət yardım üçündür. Hamımız bir-birimizə yardım etməliyik. Əgər haqsız cərimələrlə bağlı konkret fakt varsa, bunu araşdıra bilərik”, – deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.



Xəbərin oxunma sayı : 2122




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap