“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Parlamentin buraxılması ilə bağlı Prezidentin sorğusuna baxılacaq - 27 iyunda

Tarix 24.06.24, 15:49

Font ölçüsü : - / +
bitmap-img6


Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxacaq.

Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 24-də Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və "Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Milli Məclisin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılaraq Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də saat 10:00-a təyin edilmiş iclasında baxılacaq



Xəbərin oxunma sayı : 664




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap