“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Parlamentin xanım deputatları şəhid generalın ailəsi ilə görüşüblər:“Biz düşmənlə mübarizəyə fokuslanmalıyıq“

Tarix 15.07.20, 20:49

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və komitənin üzvü olan deputatlar – Jalə Əliyevə, Sədaqət Vəliyeva, Könül Nurullayeva, Tamam Cəfərova, Nigar Arpadarai və Pərvin Kərimzadə Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar nəticəsində döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun evinə gediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, deputatlar şəhidin anası Səmayə xanıma və ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyiblər.

Deputatlar bildiriblər ki, Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisası alınıb və alınacaq.

Komitə sədri Hicran Hüseynova deyib ki, hazırda Ermənistanla, eyni zamanda, görünməyən düşmənlə – koronavirusla mübarizə aparılır: “Bu çətin zamanda insanların daha sıx birləşməsi lazımdır. Biz açıq bir hədəfə – düşmənlə mübarizəyə fokuslanmalıyıq. İnsanlar bunu başa düşməli, hər hansı təxribata uymamalıdır. Dünən bir qrup insanın etdiyi hərəkət canlarını bu torpaq, xalq uğrunda qurban verən şəhidlərin ruhuna hörmətsizlikdir”. 



Xəbərin oxunma sayı : 910




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap