Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Partiya sədri sərt danışdı: “Kişiliyiniz olsun”

Tarix 13.03.17, 22:45

Font ölçüsü : - / +
bitmap-img6


"Bu gün Azərbaycanda və ölkəmizdən kənarda İlham Əliyevin əleyhinə böyük kampaniya təşkil olunub"

AzFakt.com bildirir ki, bunu Moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. 

 Partiya sədrinin sözlərinə görə, bu qüvvələri ölkə daxilində olan şəxslər idarə edir:

"ABŞ dövlət departamentinin yaydığı son hesabat  ökəmizə ciddi siqnal olmalıdır.  Kimlərsə Azərbaycanın və Qərb dünyasının arasını vurmaq üçün bütün qüvvəsini səfərbər edib. Saxtakar məmurlar hazırda ölkədə qiymət artımı üçün zəmin yaradırlar. Belə şeylərin qarşısını almaq üçün Azərbaycanda xalqımızın birliyinə ehtiyac var. Əvvəl Qardaşıma qarşı gizili formada fəaliyyət göstərən məmurlar var idi. İndi bu adamlar birləşərək sabotojla məşğul olurlar. Biz Ziya Məmmədovun korrupsiyası barədə çox danışırdıq və o, işindən azad olundu. Amma Ziya Məmmədov dinc durmur. Məndə olan məlumata prezident İlham Əliyevə qarşı Qərbdə təşkil olunan aksiyaılara Ziya Məmmədovun oğlu Anar Məmmədov kurasiya edir. Biz Müasir Müsavat Partiyası olaraq Qərbdə ölkəmizə qarşı mitinqlərə qatılan insanlarla əlaqə quraraq tutduqları yollarından geri çəkilmələrini istədik. Onlar bildirdilər ki, bu işin müqabilində Anar Məmmədovdan pul alırlar. Məhz buna görə də, mitinqlərə qatılırlar. Anar Məmmədovun qaynatası da hazırda  vəzifədədir və açıq formada İlham Əliyevə xəyanət edir. Anar Məmmədovun Azərbaycandan 52 milyon oğurlaması ilə bağlı məlumatlar yayıldı. O, bu pulları Avropaya çıxararaq ölkəmizə qarşı təşkil olunan mitinq və aksiyalarda istifadə edir. Belə məmurlar ölkəmizdə çoxdur, mən onların hamısına müraciət edirəm. Vicdanınız olsun, kişiliyiniz olsun, İlham Əliyev xalqımız üçün böyük işlər görür. Siz isə onun gördüyü işlərə ləkə, kölgə salmaqla məşğulsunuz. Bu xalqın qəzəbindən qorxun, insanların haqqını yeyən bütün məmurlar bilməlidir ki, gec ya da tez etdikləri özbaşnalıqlara görə bir gün mütləq cavab verməli olacaqlar.”



Xəbərin oxunma sayı : 139




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap