“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Paytaxtın 233 saylı məktəbində beşinci sinif şagirdi bıçaqlandı - Polis araşdırır

Tarix 11.05.26, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.

AzFakt.com “Teleqraf”a istinadla xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.

Tənəffüs vaxtı 5 “q” sinifinin şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir – red.) məktəbin dəhlizində D. Əliyevin üzərinə bıçaqla hücum edib.

Bu zaman D. Əliyevin bacısı Y. Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.

Nəticədə Y. Əliyeva əlindən bıçaq xəsarəti alıb.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə qeyd olunan halla bağlı ərazi polis orqanında araşdırma aparılır.

***

Bakıda 233 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasındakı münaqişə iddiası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq.

Bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir:

“Məktəblərdə səmərəli tədris mühitinin qorunması, təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması əsas prioritetlərdəndir. Məktəbdaxili nizam-intizam qaydalarına əməl olunması diqqət mərkəzində saxlanılır”.





Xəbərin oxunma sayı : 1243




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap