Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Pekin hədəfini açıqladı: güclü donanma, qoşunlar...

Tarix 18.10.17, 16:39

Font ölçüsü : - / +
bitmap-img6


Bütün ölkələrin xalqları soyuq müharibə mentaliteti və güc siyasətindən əl çəkməlidirlər.

Axar.az xəbər verir ki, bu sözləri Çin lideri Si Szinpin Çin Kommunist Partiyasının 19-cu qurultayında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, ölkələr arasındakı bütün fikir ayrılıqları dialoq yolu ilə həll edilməlidir:

“Biz bütün ölkələrin xalqlarını ümumi səylərlə insanlığın taleyini yenidən qurmağa çağırırıq. Biz gərək bir-birimizə hörmət edək, eynihüquqlu məsələhətləşmələr aparaq. Üstəlik, soyuq mentalitet və güc siyasətindən əl çəkməliyik. Beynəlxalq münasibətlərdə yeni yanaşmalara ehtiyac var”.

O, həmçinin, Çinin heç zaman ekspansiya siyasəti yürütməyəcəyini bildirib:

“Çin heç vaxt digər ölkələrin maraqlarını özünün şəxsi inkişafına qurban verməyəcək. Biz heç vaxt öz haqq və maraqlarımızdan da imtina etməyəcəyik. Çin hansı inkişaf səviyyəsinə qalxmasından asılı olmayaraq, hegemoniya və ekspansiyaya əl atmayacaq”.

Çıxşı zamanı Çin ordusunun vəziyyətinə toxunan Szinpin Silahlı Qüvvələrin 2035-ci ilə qədər tam modernizə ediləcəyini vurğulayıb:

“Biz milli müdafiə və ordunun gücləndirilməsi istiqamətində yeni tarixi ana çatmışıq. Biz yeni eraya çıxmaqla bağlı partiyanın ordunun gücləndirilməsi ideyasını reallaşdırmalı və yeni şəraitə uyğun hərbi strategiyalar hazırlamalıyıq. Çin güclü donanma, hava qüvvələri, quru qoşunları qurmalıdır. Bu, Pekinin missiyası olacaq”.

Kommunist lider həmçinin 2050-ci ilə qədər Pekinin güclü, demokratik sosial dövlət quracağını söyləyib. O, həmçinin, 2020-2035-ci illər arasında cəmiyyətin orta gəlirinin artırılacağını bildirib.



Xəbərin oxunma sayı : 229




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap