Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Pənah Hüseynlə Əli Kərimli arasında görüş - nələrdən danışıblar?

Tarix 16.04.19, 17:37

Font ölçüsü : - / +
bitmap-img6


Qarabağ Komitəsi mitinqin vaxtını dəyişdi; “Müxalifətdə müşahidə olunan diskussiyalar, ziddiyyətlər, qarşılıqlı ittihamlar fəallaşmanın əlamətlərindən biridir”

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə AXCP sədri Əli Kərimli arasında bir neçə gün öncə görüş olub. Bu barədə əldə etdiyimiz xəbərdə Pənah Hüseyn-Əli Kərimli görüşündə ümumrespublika mitinqinin çağırılması məsələsinin də müzakirə edildiyi, AXCP sədrinin ümumrespublika mitinqi çağırmaq niyyətində olduğu bildirilir. Məhz bu görüşdə bundan sonra Qarabağ Komitəsi ilə Milli Şuranın eyni günə mitinqlər təyin etməməsi barədə razılığa gəlinib. Maraqlıdır ki, həmin görüşdən sonra Qarabağ Komitəsinin növbədənkənar toplantısı olub və 20 aprel mitinqinin vaxtı mayın 4-nə dəyişdirilib.

AXP sədri Pənah Hüseynlə əlaqə saxlayıb deyilənlərlə bağlı danışdıq. Pənah Hüseyn Əli Kərimli ilə görüşdüyü barədə xəbəri təsdiqlədi: “Əksər siyasi partiya rəhbərləri ilə qeyri-siyasi görüşlərimiz olur və olub. O cümlədən Əli Kərimli ilə də bu cür görüşümüz olub. Görüşüb fikir mübadiləsi aparmışıq. Yəni bunu xüsusi siyasi hadisə kimi dəyərləndirmək doğru olmaz. Görüş təşəbbüsünün kim tərəfindən gəldiyi, görüşün harada olması kimi məsələlərin təfərrüatları düşünürəm ki, oxuculara maraqlı deyil.

Əli Kərimli ilə görüşdə ümumrespublika mitinqi keçirilməsi ilə bağlı razılıq məsələsinə gəlincə, bizim aramızda belə bir razılıq olmayıb.

Amma aprelin 15-də KXCP qərargahında Qarabağ Komitəsinin növbədənkənar ümumu toplantısı keçirildi. Mirmahmud Mirəlioğlunun sədrlik etdiyi toplantı 20 aprelə təyin edilmiş Qarabağ mitinqinin Milli Şuranın mitinqi ilə üst-üstə düşməsi vəziyyətin yaratdığı situasiyanı müzakirə edərək Qarabağ Komitəsinin mitinqinin tarixini 4 may 2019-cu ilə dəyişdirmək haqqında qərar qəbul etdi. Bu tarix müəyyən edilərkən 26-27 aprel tarixində Bakıda “Formula 1” yarışlarının olacağı da nəzərə alındı. Qeyd etmək lazımdır ki, toplantıda belə bir qərarı nə üçün Qarabağ Komitəsinin qəbul etdiyi, digər tərəfin etmədiyi barədə heç də əsassız görünməyən iradlar və fikirlər səsləndirildi. Lakin tənqidi mövqe bildirənlərin də əksəriyyəti Qarabağ ideyası ətrafında milli birlik naminə yuxarıdakı qərara səs verdilər və qərar 1 əleyhinə, 3 bitərəf olmaqla böyük əksəriyyət tərəfindən dəstəkləndi. Toplantıda 38 səs hüquqlu komitə üzvü iştirak edirdi.

Toplantıda bu ilin may ayında imzalanması gözlənilən Avropa Birliyi ilə Strateji tərəfdaşlıq sazişində Azərbaycanın ərazi bütövlüyü məsələsinin qeyri-müəyyənliyi nəticəsində meydana çıxmış situasiya geniş müzakirə olundu. Çıxış edənlər Avropa Birliyi ilə belə bir sazişin imzalanmasının tərəfdarı olduqlarını, lakin heç bir halda Qarabağ məsələsinin, ərazi bütövlüyümüzün kompromislər predmeti kimi istifadə edilməsinin yolverilməz olmasını vurğuladılar. Azərbaycan hökumətindən tələb edildi ki, sənəddə ərazi bütövlüyümüzün AB tərəfindən qeyd-şərtsiz ifadə olunması üzərində israr edilsin və bu məsələni sazişin imzalanması üçün əsas şərt kimi irəli sürsün".

Pənah Hüseyn hazırda müxalifət düşərgəsində nələr baş verdiyi barədə də sualımızı cavablandırdı: “Müxalifət təşkilatları, siyasətçiləri arasında dinamizm, ziddiyyətlər, qarşılıqlı ittihamlar müşahidə olunsa da strateji olaraq bunun müxalifətin güclənməsinə xidmət etdiyi qənaətindəyəm. Obyektiv proses gedir, siyasi fəallıq yüksəlir. Heç şübhəsiz ki, müxalifətdə müşahidə olunan diskussiyalar, ziddiyyətlər, qarşılıqlı ittihamlar da bu fəallaşmanın əlamətlərindən biridir. Mən müxalifətin siyasi fəallaşmasını ilin hansısa mövsümü ilə bağlamağın tərəfdarı deyiləm. Amma bütövlükdə cəmiyyətdə hazırda Qarabağ məsələsi ilə əlaqədar ciddi həyəcan yaşanır. Bu, bütün ölkədə gedən proseslərə ən ciddi təsir göstərən faktor kimi qalmaqdadır. İkincisi, ciddi dəyişim və fundamental islahatlar istəyən insanların sayı çoxalıb. Bu istiqamətdə gedən proseslərin güclənməsi ehtimalı böyükdür. Nəhayət, iqtidar daxilində də müəyyən cəhdlər hiss olunur. Bütün bunları nəzərə alsaq siyasi fəallığın yüksələcəyi qənaətindəyəm. Hesab edirəm ki, Seçki Məcəlləsini, seçki komissiyalarını əhatə eləyən ciddi bir seçki islahatları aparılması və bundan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi ölkədə ciddi islahat olar”.



Xəbərin oxunma sayı : 682




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap