Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Pəncərədən evə girən kişi qadına 8 bıçaq vurdu - Gəncədə dəhşətli qətl

Tarix 04.05.20, 14:41

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Zaur Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzFakt.com xəbər verir ki, Zaur Orucovun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.

Bu cinayət işi üzrə məhkəmə yaxın günlərdə başlanacaq.

İttihama görə, Zaur Orucov Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

Zaur Orucov polis əməkdaşları tərəfindən yaxalanıb.

İstintaq araşdırması zamanı məlum olub ki, hadisədən əvvəl Nuranə Quliyeva ərindən boşanmaq istəyib.

Buna görə də onların arasında mübahisə yaranıb. Nuranə Quliyeva Zaur Orucovu yaşadıqları evdən qovub.

2019-cu il noyabrın 15-də, gecə saatlarında evə gələn Zaur Orucov qapını bağlı görüb. O, evin pəncərəsindən içəri daxil olub və yataqda yuxuda olan Nuranə Quliyevaya 8 bıçaq zərbəsi vurub.

Qadın Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Zaur Orucov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir. (teleqraf.com)



Xəbərin oxunma sayı : 1765




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap