Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Pens Trampı vəzifədən kənarlaşdırmağı təklif edir - gözlənilməz dönüş

Tarix 10.01.21, 21:54

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın vitse-prezidenti Maykl Pens ölkə konstitusiysanın prezidentin vaxtından qabaq vəzifədən kənarlaşdırılmasını nəzərdə tutan 25-ci maddəsini tətbiq edərək Donald Trampı istefaya göndərə bilər.

Belə olan təqdirdə o, dövlət başçısı funksiyasını 10 gün ərzində özü icra edəcək.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.

Bu düzəliş Con Kennedinin 1963-cü ildə Texas ştatının Dallas şəhərində öldürülməsindən sonra 1967-ci ildə qəbul olunub və heç vaxt tətbiq edilməyib.

Həmin maddəyə görə xəstəlik və ya ölüm halında olması səbəbindən dövlət başçısının istefa verməsi mümkün olmadıqda vitse-prezident bununla bağlı məsuliyyəti öz üzərinə götürə bilər.

Nəzəri olaraq bu müddəanı bu və ya digər səbəbdən istefa vermək istəməyən, lakin ağlı başında olan rəhbərə də şamil etmək mümkündür. Lakn bunun üçün öncə prezidenti “öz vəzifəsini icra edə bilməyən şəxs” elan etmək lazımdır.

Maykl Pensin komandasında əslində bu addıma etiraz edən çoxdur. Onların fikrincə, Trampın xarakterini də nəzərə alaraq belə bir proses ölkənin milli təhlükəsizliyini ciddi şəkildə zədələyə bilər.

Əlbəttə, onsuz da vəzifə səlahiyyətlərinin bitməsinə cəmi 10 gün qalmış bir şəxsi bu cür yolla göndərilməsi hər kəsə qəribə görünə bilər. Lakin burada həssas məqam Donald Trampın sonrakı siyasi proseslərdən, ələxsus da 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakdan məhrum etmək məsələsidir.

Belə ki, D.Trampın qanuna görə ikinci dəfə Respublikaçılar partyasından və ya müstəqil şəxs kimi seçkilərə qatılmaq hüququ hələ qalır. Bu səbəbdən rəqibləri onu bu cür üsulla “yola salaraq” siyasi karyerasına son vermək istəyirlər. Bunda ən çox Maykl Pensin özü maraqlı görünə bilər. Çünki hazırkı vitse-prezident gələcəkdə Respublikaçılar partiyasından prezident postuna namizəd olmaqı uğrunda yarışacaq ən şanslı namizədlərdən biri hesab olunur.



Xəbərin oxunma sayı : 826




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap