Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Pensiya və maaşlar nə qədər artırılacaq? (ŞƏRH)

Tarix 09.10.17, 16:46

Font ölçüsü : - / +
bitmap-img6


“Növbəti ildən əmək pensiyalarındakı artımlar hər zamankından daha çox ola bilər”.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazir qeyd edib ki, nazirlik pensiyaların məbləğinin indeksləşdirilməsi ilə bağlı layihəni ilin sonunadək Prezident Administrasiyasına təqdim etməyə hazırlaşır.

AzFakt.com-un məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, həm təqaüd, həm də maaşlarda təqribən 13-14%-lik artım olacaq:

“Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, minimum əmək haqqları rəsmi inflyasiya həddi qədər artırılır. Pensiya və maaşların hesablanması buna uyğun aparılır. İndi rəsmi inflyasiya 14%-dir. Bu rəqəm ilin sonuna qədər həmin səviyyədə qalsa, indeksləşmə yanvarın 1-dən bu qədər olacaq (13-14%) . Dekabrın sonuna yaxın, yaxud yanvarın ilk günlərindən indeksləşmə həyata keçiriləcək. Minimum təqaüd alanlarda 15-20 AZN artım ola bilər”.



Xəbərin oxunma sayı : 874




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap