Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Pensiyalar 4-6 manat intervalında qalxacaq… – Qubad İbadoğlu detalları açıqladı

Tarix 08.01.19, 14:14

Font ölçüsü : - / +
bitmap-img6


“Pensiya artımı 4-6 manat intervalında dəyişəcək”

Strateq.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dünənki açıqlamasını şərh edərkən deyib.

İqtisadçı daha sonra deyib ki, pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər:

“Nazir çıxışında onu da bildirib ki, müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi (DSK)  tərəfindən təqdim olunmalıdır. DSK-dan gözlənilən rəqəm illik inflyasiya göstəricisidir. Belə ki, 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz olub. Çox böyük ehtimalla ilin sonuna bu rəqəm 2,5 faizdən çox olmayacaq. Belə olan halda da pensiyalar ötən ilin inflyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək.

Yəni ötən ilki pensiyası 180 manat olanlar üçün artım bu il 4 manat 50 qəpik, 200 manat olanlar üçün artım 5 manat, 220 manat olanlar üçün artım 5 manat 50 qəpik, 250 manat olanlar üçün artım 6 manat 25 qəpik artım olacaq”.

Qubad İbadoğlu bildirib ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir: “Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub”.



Xəbərin oxunma sayı : 196




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap