“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Pensiyalar bu qayda ilə artacaq - Komitə sədri açıqladı

Tarix 03.06.23, 13:44

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda gələn il də pensiyaların indeksasiya edilərək artırılması nəzərdə tutulur.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, hər ilin əvvəlində əmək pensiyaları artırılır. "Artırılma mexanizmi də belədir. Əmək pensiyalarının sığorta hissəsi əvvəlki ildəki respublika üzrə orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq indeksləşdirilir. Keçə il Azərbaycanda orta aylıq əmək haqqı 15 faiz artmışdı və bu ilin əvvəlində də cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda əmək pensiyalarının bütün növləri 15 faizlik indeksasiya olundu və artırıldı.

Hazırda yaşa görə əmək pensiyalarının orta məbləği 460 manatı ötüb və gələn il üçün bu məbləğ 500 manatı keçəcək. Çünki ölkəmizdə aparılan doğru sosial-iqtisadi siyasət, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, o cümlədən də neftin dünya bazarında qiymətinin bizim proqnozlaşdırdığımız həddən yuxarı olması imkan verir ki, biz gələn il də pensiyaları artıraq”, - deyə M.Quliyev deyib.

O bildirib ki, bu il ərzində orta aylıq əmək haqqının 15 faizə yaxın artacağı proqnozlaşdırılır.

"Əgər bu proqnoz özünü doğruldarsa və təbii ki, də doğruldacaq, gələn il də pensiyaların 15 faizə yaxın artımı olacaq ki, bu da imkan verəcək ki, həm pensiyaların minimum məbləği, həm yaşa görə pensiyalar, həm də əmək pensiyaları və digər növ pensiyalar artırılsın. Belə olan halda yaşa görə əmək pensiyalarının orta məbləği 500 manatı ötəcək”, - deyə o əlavə edib.



Xəbərin oxunma sayı : 556




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap