Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Pentaqon-Rotşildlər savaşinin növbəti raundu:Türkiyə və İngiltərə hansı gücün yanında yer alacaq? - Araşdırma

Tarix 24.03.19, 15:18

Font ölçüsü : - / +
bitmap-img6


Ergün Diler

“Takvim”, Türkiyə

Bunu bilməliyik ki, Türkiyə tarixin ən böyük müharibəsinin tam ortasındadır. Bunu indi görməyə, anlamaya, nəzərə almaya bilərik. Lakin bu həqiqəti bilərək yaşamaq gələcəyimizi qurmaq anlamına gəlir.

Yeni Zellandiya bizə türkün, türkçülüyün, türk vətəninin təhlükə altında olduğunu anlatdı. Elə bu mesaji vermək istədilər. Dünyada müsəlmanlar adından söz söyləyəcək başqa bir ölkə varmı? Yoxdur. Böyük güclər qarşısında geri addım atmayan başqa bir dövlət varmı? Yoxdur. Ona görə də mesaj birbaşa bizə – İstanbula, Ayasofiyayadır.

“Ərəb baharı”na baxın, ölkələr tar-mar oldu. Suriya adında bir ölkə qalmadı. Mədəniyyətlər əridi, getdi. Milyonlarla insan vətənini, evini, keçmişini və gələcəyini də itirdi.

İraqa baxın. İşğalçılar onlarla əməkdaşlıq edənlərin əlbirliyi ilə Mesopotamiyanı gəmirdi, bitirdi. Müsəlmanların yaşadığı bir çox yerdə müharibə, göz yaşı və ağrı var.

Əfqanıstana baxın, eyni vəziyyətdir.

Türkiyə və türklük bu dalğanın önündəki son əngəldir. Hücum edənlər də bunu anlayır. Daxili siyasətə girib ehkam kəsəcək deyiləm. Xaricdən gələcək hücumlarla maraqlanıram.

Əsrlər ərzində əldə etdiyimiz yeganə qələbə Kiprdir. Onu da bizə zəhər etdilər. Tanıyan yoxdur. Başımızı qaldırmağımıza izin vermirlər. Getdik, qəhrəmanca savaşdıq, aldıq. Ancaq bu, yetmir. Masada yox sayırlar.

Hazırda içəridə çöldəkinin adına danışan çox adam var. Onların nə üçün heç cür azalmadığını bilmirəm. Nə olursa olsun, nə baş verirsə versin, onlar azalmır.

Yeni Zellandiyada silahına türkə kin qusan ifadələr yazanlarla ətrafımızdakılar eyni kəlmələri fərqli ləhcələrdə söyləyirlər.

Bosniyada qonşusunun namus düşməni olacağını, qanına susamış bir canavara çevriləcəyini düşünən varmıydı? Yox idi. Çanaqqalada məğlub etdiklərimizin bir daha geri gəlməyəcəyini düşünən necə?

Bəzən BVF, bəzən çevriliş, bəzən İŞİD, bəzən PKK, bəzən də ASALA olaraq gəldilər. Gəlməyə davam edirlər… Onu bilməliyik ki, bu adamlar niyyətlərindən sapmayıblar. Hamısı qapının ağzındadırlar.

Ümidsiz deyiləm, heç birimiz deyilik. Sadəcə bilək ki, qısır şablonlara hərəkət edilir. Məsələ anlaşılmayıb. Bəziləri səhv etməkdə israr edir. Yanaşma əsla və qəti olaraq dəyişmir. Tənqidi yanaşılmır.

Daxildə hamımız bir-birimizin xətasını, günahını bilirik. Bu, çətin deyil. Ancaq məsələ budurmu? Məsələ öz aramızda olan yanlışlardırmı? Xeyr. Məsələ odur ki, öz aramızda yanlışlar edəcək bir məmləkətimiz qalmasa nə olacaq? Bunu düşünən azdır.

Baxın, 100 il öncə masa quruldu və Osmanlı torpaqlarının yarısından çoxu getdi. Osmanlı – babalarımız bunu ehtimal edirdimi? Qaliçiyadan Yəmənə qədər döyüşən hansı hərbçimiz bunu düşünürdü? Amma oldu. Parçalandıq, əridik.

Baxın, indi – 2019-cu ildə də yeni masanın qurulması və bölgü aparılması lazımdır. Yenə bölünmələr, ayrılmalar, acılar olacaq. Bəlkə bu, I və II Dünya Müharibələri kimi olmayacaq. Ancaq pulla, terrorla və kəşfiyyat əməliyyatları ilə olacaq.

Ona görə də Çinə güc verən ailələrlə Pentaqon arasında böyük, amansız bir savaş gedir. Hər iki tərəf üçün də vazkeçilməz ölkələr vardır. Onların ən önəmli olanlarından biri İngiltərə, biri də Türkiyədir.

Məsələni bir az açaq, nümunələr göstərərək gedək.

Boris Conson da Rotşild ailəsindən qaçdı?

Stiv Bennonun nə qədər təsirli olduğunu anlatmağa ehtyac yoxdur. Avropada bir çox ölkəni sadəcə üç ayda dizayn edə biləcək özəl ağıla sahibdir. İndi Bennon daha da güclənir. O, İngiltərə Baş naziri Tereza Meyin etibarsız biri olduğunu söylədi. Diqqəti onun əvvəllər Trampın sözündən çıxmadığına, ancaq indi “Brexit”lə bağlı ikili oynadığına çəkdi.

Bennon, “Tramp Ağ Evdə vəzifəsinin icrasına başladıqdan bir neçə gün sonra Tereza Mey gəldi. Gəlməli idi. Çünki Vaşinqton ən böyük gücdür. Trampın “Brexit”lə əlaqədar söyləyəcəklərini həyata keçirəcəyinə söz verdi, lakin sözünə əməl etmədi. Artıq onun üçün çətin günlər belə, böyük xoşbəxtlikdir. Vaşinqtondan gedərkən, proqramda olmadığı halda, Türkiyəyə səfər etdi. Bunu Vaşinqtonda kimsə anlaya bilmədi. Meyin o gün nələr etdiyini anlaya bilmədiyimiz üçün çaşmışdıq. Ancaq bu gün də nə etmək istədiyini anlaya bilmirik” dedi.

Həmin Bennon Boris Consonu tərifləməyə başladı. “Boris ilhamvericidir” dedi. Bu cümlə “dərin Amerika”nın İngiltərə Baş nazirliyinə namizədinin Boris Conson olduğunu göstərdi. Bennon Türkiyəyə də təsiri olan Consonu “Dauninq-strit N10”-a (İngiltərə Baş nazirinin rezidensiyası olan bina – tərc.) göndərməkdə qərarlıdır.

Deyəsən, illərdir Rotşild ailəsinin ingilis siyasətindəki ən önəmli aktyorlarından biri olan Boris Conson da Pentaqona göz qırpdı. Çünki bu qədər arıqlaması adi bir hadisə deyil. Gündən-günə əriyir.

“Brexit”lə bağlı ABŞ-la zidd fikirdə olan Conson fikirmi dəyişdirəcək? Yoxsa ABŞ-la eyni fikri müdafiə edərək, Vaşinqtonun planlarına dəstək verəcək? Əlbəttə, Vaşinqtonun istəklərini müdafiə edəcək. Çünki Boris Conson “Dauninq-strit N10”-da yaşamaq istəyir.

Qəbul etsək də, etməsək də Bennon Avropada bir çox lideri baş nazirliyə gətirdi. Əgər Conson “Dauninq-strit N10”-a daşınarsa, İngiltərə ilə ABŞ-ın böyük tərəfdaşlığını görəcəyik.

O halda, Çinin “İpək yolu” layihəsi baş tutmayacaq.

Boris Conson, 2017-ci ildə “İpək yolu” layihəsilə əlaqədar “Əgər patron London olacaqsa, layihədə yer alarıq. Ancaq Çin supergüc olmaq üçün bizi bu layihənin vaqonunda sərnişin kimi görmək istəyirsə, hər şeyi alt-üst edərik” demişdi.

Vaşinqton da Kəşmiri öz əməliyyat planına daxil edərək, indilik “İpək yolu” layihəsini əngəllədi. “İpək yolu” layihəsi üçün Kəşmirin əhəmiyyəti çox yüksək idi. Kəşmirin bu məsələ ilə bağlı önəmli olduğunu Vaşinqtonda ilk söyləyən şəxs də Stiv Bennon idi.

Bennon “İpək yolu” layihəsinin böyük ailələrin ticarət planı olduğunu dəfələrlə anlatdı. Bu layihənin hədəfinin Çini böyütməkdən çox, ABŞ-ı zəiflətmək olduğunu müdafiə etdi. Bennon nə üçün Çinli iş adamı Qo Venquyun həmən ABŞ-a gətirilməsini istədi? Gətirildi də… Qo Venquyun kim olduğunu yanvarın əvvəlində detallı yazdım. Xatırlayanlar olacaqdır. Yəqin, Bennonun “Bizim üçün əsil təhlükə İran deyil, Türkiyədir” dediyini də xatırlayanlar olacaq.

Qo Venquy, “”İpək yolu” Çini “Tək ölkə, tək yol” halına gətirəcək. Çinin olmadığı heç bir yerdə həyat olmayacaq. Bu layihə tarixin son böyük layihəsi olacaq. Çünki ”İpək yolu” layihədən kənarda qalanları yox edəcək. ABŞ bunu anladı və qarşı hücuma keçir. Bu gün Çin şirkətlərilə mübarizə etmək ”İpək yolu”nu əngəlləmək üçün atılan addımların detallarıdır” dedi.

Yeni masa qurulması üçün ya ABŞ-ın, ya da Çinin geri addım atması lazımdır.

Türkiyə ABŞ-ın hücumları üzündən ondan uzaqlaşdı. Haqlı olaraq. Çin də bizim kimi böyük tərəfdaş üçün öz qapılarını açdı. Ancaq Vaşinqton bizim o qapıdan içəri süzülməmizi istəmədiyi üçün var gücü ilə üstümüzə gələcək. NATO-su, Pentaqonu, MKİ-si ilə gələcək…

Məqsəd Çini durdurmaq, ya da bitirməkdir. Bu yolun tam ortası da Türkiyədən keçir. Qalib gələrlər, yoxsa uduzarlar, bilmirəm. Amma gələcəklərini bilirəm. 100 il öncə də buna bənzər güc balansı vardı. Üsyanlar, ayrılmalar, iğtişaşlar enerjimizi aldı. Tam olaraq Vaşinqtona tərəf dönsək, bu dəfə də həmlə Şərqdən, puldan (böyük ailələrdən – tərc.) gələcək.

İndi bütün bunları görmədən siyasət aparmaq və yalnış bir cizgidə getmək kimə nə qazandırar? Davamlılıq problemi varmı? Dostlar, Karlofçadan (26 yanvar 1699-cu ildə imzalanan Karlofça müqaviləsi – tərc.) bu yana davamlılıq problemimiz var. Bunu görmək üçün alim olmağa ehtiyac yoxdur. NATO-dan çıxan planlarda niyə Ayasofya var? Hamımız birlikdə düşünək. Qapımızın önündəki təhlükəni görək. Qorxulu bir şey yoxdur. Amma görərsək. Görməzsək, yazdıqlarımızı unudun getsin…

Tərcümə Strateq.az-ındır




Xəbərin oxunma sayı : 268




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap