Azərbaycanlı model ağılları başdan aldı - FOTOLAR Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTO Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 08 Dekabr 2019

    Azərbaycanlı model ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Noyabr 2019

    Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto

  • / Maqazin / — 02 Noyabr 2019

    Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTO

  • / Maqazin / — 17 Oktyabr 2019

    Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR

  • / Maqazin / — 16 Oktyabr 2019

    Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO

  • / Maqazin / — 15 Oktyabr 2019

    Afaq yenə alt paltarında fotolarını yaydı – FOTOLAR

Pərvin ilk dəfə etiraflar etdi: “Onu gözləyirəm...”

Tarix 08.10.19, 22:19

Font ölçüsü : - / +
bitmap-img6


Gənc aktrisa Pərvin Abıyeva Teleqraf.com-a müsahibə verib.


- Pərvin xanım, yayda Fransada, İtaliyada istirahət etdiniz. Deyəsən, istirahət etməyi sevirsiniz...

- Yayda mütləq istirahət etməliyəm. Çünki günəşlə qidalanıram. Depressiyaya düşsəm belə, günəş çıxanda özümə gəlirəm. Günəşdən enerji alıram. Yay mənim ən sevimlin fəslimdir.

- Başqa hansı ölkələrə səyahəti düşünürsünüz?

-Tropik iqlimə malik ölkələrə getməyi düşünürəm. Növbəti səyahətim o ölkələr olacaq.

- Türkiyədə aktrisa Sueda Çildən aktyorluq dərsləri aldınız. Tez-tez Türkiyəyə gedib-gəlirsiniz. Mətbuatda Türkiyədə öz evinizin olduğu qeyd edilir. Bu, nə dərəcədə doğrudur?

- Evim yoxdu, Türkiyədə kirayə qalıram...

- Türkiyədə seriallardan dəvətlər alırsınızsa, niyə təklifləri dəyərləndirmirsiniz?

- Çox yaxşı kanallardan serial təklifləri gəlir, amma müqavilədən, orada uzun müddətli qalmaqdan qorxuram.


- Bəlkə müqaviləyə hər ay Bakıya gəlmək haqqında bənd əlavə edəsiniz?

- Bir ay belə qala bilmərəm.

- Qala gecələrdə hər zaman geyiminizlə diqqət cəlb etməyi bacarırsınız.

- Bunun üçün əlimdən gələni edirəm.

- Geyim seçərkən stilistə müraciət edirsiniz?

- Xeyr, stilistim yoxdur. Özümə yaraşdırmadığım paltarı heç vaxt geyinmərəm. Özüm bilirəm ki, o paltarlar mənə yaraşır və geyinirəm. Geyimlərim öz ideyam əsasında hazırlanır. Yalnız saç və makiyaj üçün müraciət edirəm.


- Aktrisa kimi Türkiyədə kim olmaq istəyirsiniz?

- Sadəcə sənətimlə inkişaf etmək istəyirəm. İlk dəfə aktrisa olmağımın səbəbini açıqlayıram. Həyatda ən qorxduğum şey unudulmaqdır. Uşaqlıqdan hər zaman ölüb unudulan insanlara yazığım gəlib. Həmişə fikirləşmişəm ki, öldü, hamı da onu unutdu. Öldükdən sonra da unudulmamaq üçün bu sənəti seçmişəm.

Özümü inkişaf elətdirməyə, başqa ölkələrə çıxmağa çalışıram. İstəyirəm ki, çox tanınım, sevgi qazanım.

- Sosial şəbəkədə hər bir paylaşımınız xəbərə çevrilir. Bunu xüsusi düşünüb edirsiniz?


- Əslində, paylaşımlarıma son vaxtlar diqqət yetirməyə çalışıram. Efirdən, mediadan uzaq olmaq istəyirəm. Buna baxmayaraq, yenə o cür alınır. Yəqin maraqlıyam ki, belə qarşılanıram.

- Heç nədən çəkinmirsiniz. İçki içdiyinizi belə çəkinmədən paylaşırsınız.

- Nəyə görə ikiüzlülük etməliyəm? İçki içirəmsə, nəyə görə gizli saxlamalıyam? Gizlətməyin nə fərqi var? Guya siz bilmirsiniz ki, mən içki içirəm? Sərbəstliyi, azadlığı sevən insanam. Biz efir adamıyıq. İçki içməsəm olmaz.

- İtaliyaya sevgilinizlə getmişdiniz. Digər məşhurlar kimi sosial şəbəkədə sevgilinizin üzünü gizli saxlayaraq qol hissəsini paylaşdınız. Münasibətiniz davam edir?

- Bəli.

- Evlənməyi planlaşdırırsınızmı?

- Evlənmək istəyirəm, amma ondan hələ xəbər yoxdur. Gözləyirəm...











Xəbərin oxunma sayı : 676

loading...

Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda