Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Peskov İngiltərə XİN-in Putinə qarşı ittihamına cavab verib

Tarix 17.03.18, 1:39

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə kəşfiyyatının sabiq zabiti Sergey Skripalın işi ilə bağlı rəsmi Londondan Putinə ünvanlanan ittihamlara cavab verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Peskov Rusiyanın “bu hekayə”də iştirak etmədiyini bildirib.

“Prezidentimizin adının bu işdə hallanması diplomatik ədəb qaydalarının dəhşətli və bağışlanmaz bir şəkildə pozulmasından başqa bir şey deyil”,- deyə prezident sözçüsü bildirib.

Qeyd edək ki, bu gün Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Solsberi şəhərində Sergey Skripal və qızına qarşı kimyəvi silahın tətbiqi barədə əmri çox böyük ehtimalla Rusiya prezidenti Vladimir Putinin verdiyini açıqlayıb.

Xatırladaq ki, martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılıblar. Martın 12-də baş nazir Tereza Mey parlamentdəki çıxışında hadisə ilə bağlı aparılan ilkin təhqiqata dair məlumatlar verib. O bildirib ki, S. Skripal və qızına qarşı SSRİ-də hazırlanmış və Rusiyanın sərəncamında olan “Noviçok” adlı kimyəvi silah tətbiq edilib.




Xəbərin oxunma sayı : 274




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap