Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Pirallahıda maşınla adam vurub qaçmış sürücü yaxalanıb

Tarix 24.06.17, 22:23

Font ölçüsü : - / +
bitmap-img6


İyunun 22-də saat 23 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Pirallahı rayonunun Dübəndi bağlar massivindəki dayanacaqlardan birinin yaxınlığında bir nəfərin maşınla vurulması nəticəsində xəsarət alması barədə məlumat daxil olub

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, məlumat aidiyyatı üzrə Pirallahı Rayon Polis Şöbəsinə ünvanlanıb.

Dərhal hadisə yerinə gələn RPŞ əməkdaşları hadisə yerini müayinə edib, yaralının təcili xəstəxanaya çatdırılması təmin olunub və vaxtında yardım göstərildiyindən onun həyatı üçün təhlükə aradan qalxıb.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə həmin vaxt oradan keçən bir neçə maşın müəyyən edilib. Əməliyyat yolu ilə əldə edilən məlumatlarla həmin maşınlardan "Mercedes" markalı yük avtomobili daha çox şübhə doğurduğundan onun tapılması üçün axtarışlara başlanılıb.

Pirallahı RPŞ DYPB-nin əməkdaşları tərəfindən həmin maşının Xəzər rayonunun Zirə qəsəbəsində olduğu müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Mercedes-Benz-Atego" markalı yük maşınını idarə edən Masallı rayon sakini Ramin Şahbazov hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Kriminalistlik ekspertiza hadisə yerindən götürülmüş maddi sübutların həmin avtomobilin sınmış şüşələri və əzilmiş hissələri ilə eyniyyət təşkil etdiyini aşkara çıxarıb.

Pirallahı Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.



Xəbərin oxunma sayı : 109




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap