Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Planşet və smartfonlar uşaq yuxusunu azaldır

Tarix 15.04.17, 20:14

Font ölçüsü : - / +
bitmap-img6


Alimlər uşaqların müntəzəm planşet və smartfonlardan istifadə etməsinə görə daha az yatdıqlarını müəyyən edib

AzFakt.com  modern.az-a istinadən xəbər verir ki, bu barədə "Scientific Reports" jurnalı yazıb.

Londonun Birkbek universitetinin bir qrup alimi Tim Smitin başçılığı altında 6-36 aylıq körpələri olan valideynlər arasında sorğu aparıb. Respondentlərdən uşaqlarının gündüz və gecə yuxularının orta davamlılıq müddətini öyrənmək, gecə neçə dəfə yuxudan oyandıqları və yenidən yuxuya getmək üçün neçə müddət tələb olunduğunu göstərmələri xahiş olunub.
 
Rəyi şoruşulan valideynlərin 70%-nin evində smartfon ya planşet olub. Bu texnikadan istifadə edən uşaqların sayı 75% təşkil edib. Araşdırmalar zamanı sensorlu qurğulardan 6-11 ay arasında olan uşaqların 51%-nin istifadə etdiyi, 2-3 yaşlı uşaqlar arasında isə bu göstəricinin 92% çatdığı müəyyən olunub.
 
Hesablamalara görə, smartfon qarşısında keçirilən hər saat uşaq yuxusunun 15,6 dəqiqə azalmasına yol açır. Eyni zamanda, uşaqların yuxuya getməsi də çətin alınır.

"Sensor ekranlı vasitələrin çoxluğu uşaqların ondan geniş istifadə etməsinə və yuxularının azalmasına yol açır" - deyə araşdırma qrupunun rəhbəri Tim Smit deyib.

Alimlər bu yöndə araşdırmalarını gələcəkdə də davam etdirəcəklərini bildiriblər.



Xəbərin oxunma sayı : 154




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap