Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Polis əməliyyat keçirdi - 6 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı

Tarix 12.10.17, 16:30

Font ölçüsü : - / +
bitmap-img6


Daxili işlər orqanlarının əməkdaşları narkotiklərlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də narkotik tərkibli bitkilərin yaşıl kütlə halında yığılaraq məhv edilməsi istiqamətində əməliyyat tədbirlərini uğurla davam etdirirlər. Təkcə ötən gün ərzində ərazi polis orqanları tərəfindən bu sahədə həyata keçirilən tədbirlərlə ümumilikdə 6 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zəfər Namazovdan 5 kiloqramdan artıq marixuana götürülüb. 

Daxil olan məlumat əsasında Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gərəkli kəndinin ərazisində kənd sakinləri Oqtay Dibirov, Məhəmməd Abdullayev, onun qardaşları Mühiddin və Elçin tərəfindən kultivasiya yolu ilə yetişdirilən 21 ədəd çətənə kolu və 439 qram marixuana aşkar edilərək götürülüb. 

Saxlanılan şəxslərin yaşadıqları mənzillərə də baxış keçirilib və O.Dibirovun evindən 173,24 qram, M.Abdullayevin evindən 195,87 qram, Mühiddinin evindən 197,93 qram, Elçinin evindən isə 164,21 qram marixuana aşkar edilərək götürülüb. 

Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.



Xəbərin oxunma sayı : 115




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap