Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Polis karantinlə bağlı yoxlamalara başladı - RƏSMİ

Tarix 22.11.20, 12:20

Font ölçüsü : - / +
bitmap-img6


Balakən rayonunda karantin rejimi qaydalarının təmin olunması məqsədilə nəzarət- profilaktik, maarifləndirmə tədbirləri həyata keçirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, xüsusi karantin rejiminə uyğun olaraq ölkə ərazisində həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə əlaqədar Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də sərnişindaşıma ilə məşğul olan marşrut sürücülərinə cümə günü bu barədə xəbərdarlıq edilib və qaydalara riayət etmələri tapşırılıb.

Əks təqdirdə barələrində inzibati tənbeh tədbirləri görüləcəyi onların diqqətinə çatdırılıb.

Həmçinin, polis əməkdaşları rayon ərazisində yerləşən böyük marketlərdə, apteklərdə, eləcə də, açıq ictimai yerlərdə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirirlər.

Reydlər zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər aşkarlandıqda onlara tibbi maskadan istifadənin zəruriliyi, bu istiqamətdə həyata keçirilən tədbirlərin onları sağlamlığını qorumaq məqsədi daşıdığı diqqətə çatdırılır.

Rejim qaydalarına biganə yanaşan şəxslər barəsində isə qanuni tədbir görülür.



Xəbərin oxunma sayı : 598




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap