Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Polis Maştağa və Nardaranda əməliyyat keçirdi –Saxlanılanlar var

Tarix 07.06.19, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Vüqar Sadıqov saxlanılıb. 

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, onun yaşadığı evin həyətinə baxış zamanı dibçəklərdə xüsusi olaraq əkilərək qulluq edilən 32 ədəd ümumi çəkisi 1 kiloqram 465 qram narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs həmin çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Narkotik vasitələrin kultivasiyasına qarşı daha bir tədbir Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. Daxil olan məlumat əsasında Nardaran qəsəsəbəsində yaşayan paytaxt sakini Ağaverdi Muradovun yaşadığı evin həyətində yerləşən istixanaya baxış keçirilib. Oradan xüsusi qulluq edilərək yetişdirilən 107 ədəd, ümumi çəkisi 15 kiloqram 525 qram olan çətənə kolu, 1 kiloqram 745 qramqurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq A.Muradovun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş odlu silah və5 ədəd güllə aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib istintaq tədbirləri davam etdirilir.




Xəbərin oxunma sayı : 169




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap