Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Polis rəisi Rəqsanənin evini əlindən alır - 419 minlik borc qalmaqalı

Tarix 12.12.18, 21:27

Font ölçüsü : - / +
bitmap-img6


Qaradağ rayon Polis İdarəsinin rəisi İbrahimov Əli Fərman oğlu müğənni Rəqsanə İsmayılovanın mənzilini əlindən alır.

AzFakt.com open.az-a istinadən xəbər verir ki, polis rəisi Rəqsanə İsmayılovanı məhkəməyə verərək müğənninin Nəsimi rayonunda yerləşən mənzilindən istifadə hüququna xitam verilməsini tələb edib.

İşə Nəsimi rayon Məhkəməsində baxılıb və polis rəisinin iddiası təmin edilib.

Qərarla razılaşmayan Rəqsanə İsmayılova Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məhəmmədovun sədrliyi ilə baxılıb. Qərara əsasən Rəqsanə İsmayılovanın şikayəti təmin edilməyib.

Bununla da razılaşmayan müğənni yuxarı məhkəmə istansiyasına müraciət edib. 

Məlumata görə, onun şikayəti icraata götürülüb.

Məlumatda o da qeyd olunub ki, Rəqsanə İsmayılova bir-neçə il əvvəl  İbrahimovdan 419 min manat borc alıb və müqabilində Nəsimi rayonu ərazisində yerləşən mənzilini girov qoyub.

Müğənni pulu qaytara bilmədiyindən polis rəsini onun mənzilindən istifadə hüququna xitam verilməsini tələb edib.

Əldə etdiyimiz məlumata görə, Rəqsanə İsmayılova iddia edib ki, borc aldığı pulun 332 min dollarını qaytarıb, lakin əsas borcu qaytara bilməyib. O, borcu tam qaytara bilməməsini dolların qalxması ilə əlaqədar olduğunu bildirib. Hazırda Əli İbrahimov Rəqsanə İsmayılovadan 450 min manat pul tələb edir.



Xəbərin oxunma sayı : 199




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap