Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Polisə işə düzəltmək adı ilə 26 min manatını aldılar

Tarix 15.01.18, 18:31

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan İlham İsgəndərov və Orxan Şaldıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Azər Paşayev sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər ikisinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmalarını istəyib.

Qeyd edək ki, hər iki şəxs ev dustaqlığındadır. Onlar barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Məhkəmədə məlum olub ki, zərərçəkmişlə barışıq əldə edilməyib. Zərərçəkmiş dəymiş zərərin ödənilməsi ilə bağlı istintaqa razılıq ərizəsi versə də məhkəməyə müraciətində pulunun ödənilmədiyini deyir.

İttihama görə təqsirləndirilən şəxslər Məmmədov Elnur Müzəffər oğluna qarşı dələduzluq ediblər. Ondan oğlunu Dövlət Yol Polisinə işə düzəltmək adı ilə 26 min manat alıblar. Onlar Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq) maddəsi ilə ittiham edilirlər.



Xəbərin oxunma sayı : 193




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap