Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Polisin arvadını öldürməsi ilə bağlı yeni xəbər - Xalası qızı açıqladı

Tarix 01.08.18, 19:34

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqanda polisin həyat yoldaşını boğub öldürməsi hadisəsi ilə bağlı yeni məqamlar ortaya çıxıb. Qətlə yetirilən Səidə Ağayevanın xalası qızı Fəridə Qasımova Lent.az-a bildrib ki, xalası qızı həyat yoldaşına xəyanət etməyib: "Xalam qızı ilə bağlı yazılanlar həqiqətə uyğun deyil. O, ailəsinə xəyanət etməyib. 11 ildir evli idilər və hər zaman əri Mübariz ona xəyanət edib. Qonşuluqdakı qadınla yaşayıb, hər gün Səidəni döyüb incidib. Uşaqlara görə ərindən boşana da bilmirdi. Onun nə telefonu olub, nə də çəkilən şəkilləri. Sadəcə şəkilləri montaj ediblər. Baxırsan ki, şəkilərdə baş Səidənin başıdır, bədən yox. Səidənin heç zaman elə qızıl boyunbağısı olmayıb. Şəkildəki qadının isə qızıl boyunbağısı var. Şəkilləri montaj edərək elədiklərinə haqq qazandırmağa çalışırlar. Mübarizgilin ailəsi ümumiyyətlə Səidəyə şər ataraq ölümə belə ad qoyub. Xalam qızını döyüblər, bədənin hər yerində işgəncə halları vardı. Mübariz özüdə tək olmayıb. Qardaşı Ramin Ağayev, qaynanası Zarxara və Zarxaranın bacısı da Səidəni ölümündə əli var. Onlar hamısı bunu birlikdə ediblər və xalam qızını kəndirlə asıblar”.

F. Qasımova deyib ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verəcəklər: “Dünən Səidənin 3 mərasimi idi, başımız qarışıq olub. İndi bu işin üstünə düşəcəyik. Tək həbs edilən Mübariz olmayacaq. Səidənin qardaşı Rusiyada işləyir. Hadisəni ondan gizlədirlər. O bilsə, gəlib bunların dünyasını başına yıxacaq”.

Qeyd edək ki, iyulun 29-da Beyləqan rayonunun Sarısu kəndində yaşayan Mübariz Ağayev evində münaqişə zəminində arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Ağayev saxlanılıb. 



Xəbərin oxunma sayı : 622




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap