Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Politoloq: “Mütəllibovun bu mövqeyi müstəqilliyə zərbədir”

Tarix 13.01.18, 0:51

Font ölçüsü : - / +
bitmap-img6


Məhəmməd Əsədullzadə: “Ayaz Mütəllibov eks-prezident statusundan məhrum edilməlidir”

“Eks-prezident Ayaz Mütəllibovun 20 Yanvar hadisələri barədə təhrifedici, müstəqilliyimizə aparan bu gün haqqında ittihamlarla danışması yolverilməzdir və məsuliyyət hissini itirməkdir”. 

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, sabiq prezident həmin hadisələrdə bağlı  SSRİ rəhbərliyinə bəraət verir və Azərbaycan Xalq Cəbhəsini günahlandırır:

“Guya həmin gün Xalq Cəbhəsi rus tanklarının qarşısına əhalini çıxarıb. Ayaz Mütəllibovun bu yanaşması, Xalq Cəbhəsini ittiham etməsi, birbaşa Azərbaycanın müstəqilliyinə zərbə vurmaqdır. Rusiyanın "5-ci kolonu"nun parlaq nümunəsi olan Ayaz Niyazoviç Azərbaycanın müstəqilliyinin yolunda, azadlıq mübarizəsi üçün şəhid olanlarının ruhuna bir daha hörmətsiz yanaşır. Onun faktlarla deyil, hadisələrə emosional yanaşması, ondan irəli gəlir ki, AXC onun müstəqillik əleyhinə Rusiyayönümlü siyasətinin qarşısını alaraq hakimiyyətinə son verib. İlk növbədə Ayaz Mütəllibovun 20 Yanvar hadisələri haqqında danışmağa və AXC-ni ittiham etməyə ixtiyari yoxdur. Çünki 1992-ci ildə prezident olaraq Xocalı soyqırımının qarşısını ala, əhalini müdafiə edə bilməyib. Buna görə  böyük məsuliyyət daşıyır. Onun Rusiyada bir müddət sığınması, məhz Xocalı hadisələri ilə bağlı açılan cinayət işinə görə idi. Müəyyən məsələlərə görə onun Azərbaycana gəlməsinə şərait yaradılması, bu o demək deyil ki, məsuliyyətdən yayınacaq. O,  Xocalını müdafiə etmədiyinə görə mütləq ədalət qarşısında cavab verəcək”.

Politoloq qeyd edib ki, Ayaz Mütəllibovun Xocalı haqqında da bütün arqumentləri əsassızdır və 20 Yanvar hadisələrinə verdiyi qiymət kimidir:

“Dövlət başçısı kimi məhz Xocalının müdafiəsini həyata keçirməli idi. Moskvadan asılı olan birinin təbii ki, ermənilərin qarşısına çıxmağa cəsarəti çatmazdı. Bu gün ədalət mühakiməsindən yayına bilər. Amma tarix qarşısında bu məsuliyyətdən yayına bilməyəcək. Ayaz Mütəllibovun Xocalı hadisələri barədə cinayət işi bərpa edilsin və eks-prezident statusundan məhrum edilsin”. 



Xəbərin oxunma sayı : 184




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap