Azərbaycanlı müğənni Rusiyadan deportasiya edilib? Dünya liderlərinin 11 ən gözəl xanımı - FOTOLAR Burak və Fahriye söz-söhbətə son qoydular Aygünün “İtkin gəlin”i ilə bağlı oğurluq qalmaqalı
Axtar
 
  • / Maqazin / — 24 Aprel 2017

    Azərbaycanlı müğənni Rusiyadan deportasiya edilib?

  • / / — 23 Aprel 2017

    Dünya liderlərinin 11 ən gözəl xanımı - FOTOLAR

  • / Maqazin / — 22 Aprel 2017

    Burak və Fahriye söz-söhbətə son qoydular

  • / Maqazin / — 19 Aprel 2017

    Aygünün “İtkin gəlin”i ilə bağlı oğurluq qalmaqalı

  • / Maqazin / — 16 Aprel 2017

    “Küçədə şirə satırdım“ - “Anne“nin qəhrəmanı

  • / Maqazin / — 15 Aprel 2017

    “Sevdiyim insan var, amma o, bunu bilmir” - Təranə

Politoloq: “Terrorçular İstanbulu ürəyindən vurdular”

Tarix 01.01.17, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyədə baş verən terror aktı ilə bağlı fikirlərini bölüşüb.

AzFakt.com “Qafqazinfo”-ya istinadən  politoloqun İstanbulda 35 nəfərin ölümü ilə nəticələnən silahlı hücumla bağlı şərhini təqdim edir:

“Terrorçular yenə İstanbulu ürəyindən vurdular. Terrorçuların hücum etdiyi Reina İstanbulun ən məşhur və bahalı gecə klubudur. Terrorçular biliblər ki, yeni il gecəsinə bu kluba imkanlı insanlar, o cümlədən xarici vətəndaşlar toplaşacaqlar. Ən maraqlısı odur ki, gecə klubunun rəhbəri hələ bir həftə öncə gecə klubuna hücumla bağlı Amerika kəşfiyyatından xəbərdarlıq aldıqlarını bildirib. Buna rəğmən, terrorun qarşısını almaq mümkün olmayıb. Necə olur ki, terrorçuların planından Amerika kəşfiyyatı Türkiyə kəşfiyyatından daha əvvəl xəbər tutur? Demək Milli İstihbarat Təşkilatı 15 iyuldan sonra hələ özünə gəlməyib. Bu böyüklükdə qurum orduda çevrilişi görmədisə, az qala generalların üçdə birinin Gülənə işlədiyini müəyyənləşdirmədisə gecə klubuna hücumu necə proqnozlaşdıra bilərdi? Mən indiyənə qədər anlamıram ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan bu qədər səhvdən sonra MİT rəhbəri Hakan Fidanı niyə başqasıyla dəyişmir?

İstanbuldakı olaya görə polisi günahlandırmaq çətindir. Polis İstanbuldakı minlərlə gecə klubundan, ticarət mərkəzindan, restorandan hansı birini qorusun? Türkiyə hakimiyyəti 3 milyon suriyalıya qapılarını açmasını humanitar amillə izah etdi, hətta onlara Türkiyə pasportu verə biləcəyini də açıqladı. Ancaq bu 3 milyonun içində nə qədər terrorçu var – bunu heç kim bilmir. Ən böyük problem də elə bundadır. Üstəgəl, Türkiyə vətəndaşları içində DAİŞ-ə rəğbət bəsləyənlərin sayı nə qədərdir? Bu da məlum deyil”.



Xəbərin oxunma sayı : 286

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda