Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Polkovnik: “Ermənistan “müharibə olacaq” fikri ilə fəallaşıb”

Tarix 25.02.17, 1:55

Font ölçüsü : - / +
bitmap-img6


“Ermənistan iriçaplı silahlardan, toplardan və minaatanlardan da istifadə etməklə təxribatlar törətməkdə davam edir”

“Hazırda Ermənistandakı həm iqtisadi-sosial, həm də siyasi vəziyyəti nəzərə alsaq bu, adi haldır. Bu ölkədə seçkiqabağı kampaniya aparılır. Bəzi beynəlxalq qruplar da məqsədli surətdə fəallaşıb ki, danışıqlar bərpa olunsun. Məgər əvvəllər danışıqlar yox idi?”.

Bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov AzərTac-a açıqlamasında deyib.

Hərbi ekspert bildirib ki, aprel döyüşlərindən sonra məğlubiyyətə uğrayan Ermənistan yenə də danışıqların vaxtını uzatmaq məqsədilə dəridən-qabıqdan çıxır. Müharibədən çəkinən Ermənistanın iqtidar partiyası “müharibə olacaq” fikri ilə bu məsələdə fəallaşıb. Qarabağda hərbi vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışan Ermənistan bununla çalışır ki, əhali burada vəziyyətin necə çətin olduğunu görsün, bəzi daxili problemlərə göz yumsun və onlar da seçki qabağı bu məsələdən öz xeyirləri üçün istifadə edərək müəyyən dividend qazansınlar. Cəbhə bölgəsində vəziyyət əlbəttə ki, onların atdığı addımlar və verdikləri açıqlamalar sayəsində real gərginliyə çevrilib. Düşmənin təxribat qruplarının fəaliyyəti son aylar daha da artıb. Nəticədə düşmən tərəfi itkilər verib. Bununla bağlı bizdə kifayət qədər faktlar, videomateriallar var. Lakin Ermənistan tərəfi bu itkiləri gizlədir. Hətta həlak olanların anaları Ermənistan Müdafiə Nazirliyinə müraciət ediblər. Lakin onlar oradan qovulublar. Artıq ictimaiyyət də öz sözünü deyir, “Niyə bizim övladlarımız gedib başqa yerdə ölməlidir?! Biz istəmirik ki, uşaqlarımız işğal olunmuş ərazilərdə həlak olsunlar”, - deyə etirazlarını bildirir.

Hərbi ekspert vurğulayıb ki, bir neçə gün ərzində Ermənistan hərbçilərinin həlak olması barədə mətbuatda məlumatlar yayılır. Son xəbərdə konkret olaraq, Ermənistan tərəfinin müddətdən artıq xidmət edən hərbçisinin naməlum səbəbdən öldüyü bildirilib. Amma bildiyimiz kimi, bir neçə gündür ki, düşmənin diversiya qurupları müxtəlif istiqamətlərdə təxribatlar törətməyə cəhd göstəriblər. Lakin əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində onların hərəkətlərinin qarşısı qətiyyətlə alınıb, düşmən geri çəkilməyə məcbur edilib.

“Bilirsiniz ki, ordumuzun ön xətdə olan bölmələri müasir müşahidə, izləmə cihazları ilə təchiz edilib. Azərbaycanın müdafiə naziri sonuncu müşavirədə ərazilərimizdə olan düşmənin – işğalçı Ermənistan ordusunun hər bir addımının izlənməsi, müşahidə edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı bütün istiqamətlər üzrə konkret tapşırıqlar verib. Bu tapşırıqlar Ordumuz tərəfindən inamla, yüksək səviyyədə yerinə yetirilir. Ermənistan silahlı birləşmələrinin təxribat-diversiya qruplarının hər dəfə çoxlu itkilər verməsi onu göstərir ki, Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirir”, - deyə Şair Ramaldanov bildirib.



Xəbərin oxunma sayı : 178




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap