Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Pompeo Çini müharibə ilə hədələdi! – Amerika belə təhlükəli riskə niyə gedir?

Tarix 11.03.19, 23:19

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Tramp Kim Çen In ilə keçirdiyi Hanoy sammitindən sonra evə qayıtdı, Mayk Pompeo isə ondan ayrılaraq Manilaya yollandı. Dövlət katibi orada heyrət doğurucu bəyanat verdi.

Onun verdiyi bəyanata görə, Cənubi-Çin dənizində Çinin istənilən Filippin gəmisinə və ya təyyarəsinə hücumu Amerika gəmisi və ya təyyarəsinə edilmiş hücum sayılacaq və buna qarşı ABŞ tərəfindən hərbi cavab gələcək.

Pompeo Manilada öz həmkarıyla birgə keçirdiyi mətbuat konfransında deyib: “Çinin Cənubi-Çin dənizində ada tikməsi və hərbi aktivlik nümayiş etdirməsi, sizin və eyni zamanda da Amerikanın suverenliyinə, təhlükəsizliyinə və ümumi iqtisadi rifahımıza təhlükə yaradır. Çünki Cənubi-Çin dənizi Sakit okeanın bir hissəsi hesab olunur, Filippin ordusuna, təyyarəsinə və gəmilərinə qarşı edilmiş hücum, bizim aramızdakı müqavilənin 4-cü bəndində yazıldığı kimi, müştərək müdafiə öhdəliyimizi işə salacaq”.

Həmin 4-cü bənddə deyilir ki, əgər tərəflərdən birinə hücum olunarsa, onda onlar bir-birinə yardım edəcək. Müqavilə 1951-ci ilin avqustunda imzalanıb və Amerikadakı bir çox pensiyaçılar onda hələ doğulmamışdılar.

Pompeonun bəyanatı Amerikanın müharibəyə girəcəyinin göstəricisidir.

Nə üçün ABŞ üzərinə bu öhdəliyi götürür? Bu riskə nəyə görə gedilir? Tramp Pompeonun bu vədinin nə ilə nəticələnəcəyini anlayırmı?

tramp

Artıq uzun müddətdir ki, Pekin Cənubi-Çin dənizinin bütün akvatoriyasına iddialıdır və onu öz milli ərazisi adlandırır. Vyetnam, Malayziya, Sinqapur, Tayvan və Filippin Çinin bu dənizdə yerləşən Parasels adasını və Spratli arxipelaqına olan iddiasini rədd edirlər.

Lakin Pekin bir neçə kiçik adanı işğal edib və onların ərazisini genişləndirib. Çinlilər orada ordu yerləşdirərək, təyyarə endirir və bu adaları möhkəmləndirirlər. Çinin məqsədi həmin adalardan hərbi baza kimi istifadə etməkdir.

Pekin bu adalardan imtina etməyə hazırlaşmır, onları geri qaytarmaq üçün isə Manila hədsiz zəifdir. Strateji və beynəlxalq araşdırma mərkəzinin (Center for Startegic and International Studies) məruzəsində deyilir ki, Filippin Spratli arxipelaqının mübahisəli adalarının birində inşa işlərinə başlamağa cəhd göstərəndə, tikinti işlərinin dayandırılması üçün oraya 100 Çin gəmişi gəlmişdi.

Nəyə görə Pompeo Amerikanın müharibəyə girəcəyi təminatını verib?

Ona görə ki, Filippin rəhbəri Duterte və onun kabinetinin üzvləri Filippinin Çinlə toqquşacağı təqdirdə ABŞ-ın onlara köməyə gələcəyinə əmin deyillər. Onlar hesab edirlər ki, belə vəziyyətdəki optimal kurs – Sakit okeanın qərb hissəsində və Asiyada öz mövqeyini gücləndirən Pekinin sakitləşdirilməsidir.

Soyuq müharibə sona çatdıqdan sonra Manila ABŞ-dan Subik-Bey hərbi-dəniz bazasının azad olunmasını tələb etmişdi, amma sonradan öz qonşularından qoxduğuna görə, amerikalıları yenidən geri çağırmışdı.

ABŞ-ın orada Çin ilə aparacağı müharibəyə bəraət gətirəcək həyati vacib maraqları vardırmı? Nəyə görə Amerika Spratli adalarına iddialı olan Manilanı müdafiə etməldir? Axı Çin də buraya iddialıdır və oranı tutur və öz suveren ərazisi kimi qoruyur.

Əgər Amerikanın belə maraqları varsa, onda amerikalılar gərginliyə səbəb ola biləcək hərbi aviasiyadan və donanmadan istifadəyə baş vurmadan çinliləri adadan necə qovmaq niyyətindədir? Əgər Amerika bu adaları geri qaytarsa, onda Filippin oranı əlində saxlaya biləcəkmi? Və ya Manila əbədi olaraq düşünəcək ki, bu adaları Amerika Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri saxlayacaq?

ABŞ bu öhdəliyin öhdəsindən gələ biləcəkmi? Və ya daha mühüm sual: bu amerikanların nəyinə gərəkdir? Ağ Ev Pompeonun təhdid dolu bəyanatının verə biləcəyi nəticələr barəsində düşünübmü?

Əgər çinlilər nəzakətlə Duterteyə desələr ki, adanın güc yoluyla zəbt olunmasının qarşısı Çinin üstünlük təşkil etdiyi hərbi gücün köməyi ilə alınacaq, onda ABŞ nə edəcək? Amerika Duterteyə deyəcək ki, müharibəyə başlasın, axı bu onda Amerikanın da müharibəsi olacaq?

Nəhəng bir dövlətin özünün zəif müttəfiqini müharibəyə çəkməsi məntiqlidirmi? Bunu həyatda olmayan kayzer II Vilhelmdən soruşun. Çin qırıcıları 2001-ci ildə Cənubi-Çin dənizinin səması üzərində Amerikanın kəşfiyyat təyyarəsinə çırpılanda prezident Corc Buş və dövlət katibi Kolin Pauel çinli pilotun həlak olmasına görə üzr istəmişdilər.

ABŞ Çinin beynəlxalq sulardakı aqressiv hərəkətlərinə görə onunla toqquşmağa hazır deyildi. Lakin nəyə görə Amerika bu gün Misçif rifinə və ya Skarboro-Şol adaları uğrunda döyüşməyə hazırdır?

Mark Helprin “Wall Street Journal” qəzetindəki “ABŞ Sakit okeanı Çinə güzəştə gedir” başlıqlı məqaləsində yazıb: “Amerika Sakit okeanın qərb hissəsindəki vəziyyətin bu cür sürətlə və qabağıalınmaz şəkildə Çinin xeyrinə irəliləməməsi üçün oradakı qüvvələr nisbətini dəyişməlidir. Bunun üçün ABŞ Asiya–Sakit okean hərbi teatrında döyüş gəmiləri qruplaşmasını, təyyarələri və raketlərin sayını artırmaldır. Açıq söyləsək, əgər biz bunu etməsək, onda ABŞ-ın Sakit okean sahilləri tədricən köməksiz şəkildə Çin gölünə baxacaq”.

Bu gün Amerikanın borcu 22 trilyon dollar təşkil edir. Soyuq müharibə başlayanda ABŞ özündən minlərlə okean mili aralı olan Yaponiyanın, Cənubi Koreyanın, Filippinin və Avstraliyanın qorunması baradə öhdəlik götürüb. Əgər Tramp müharibəyə girmək təminatından imtina edə bilməzsə, onda bəs bunu kim edəcək?

(“The American Conservative”-ABŞ)





Xəbərin oxunma sayı : 622




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap