Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Pompeo Ərdoğanla görüşdü və jurnalistlərdən qaçdı –Xaşuqcinin qətli necə açıqlanacaq?

Tarix 17.10.18, 19:17

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ dövlət katibi Mayk Pompeo səudiyyəli jurnalistin yoxa çıxması ilə əlaqədar təhqiqatın nəticələrinin bütün dünyaya nümayiş etdiriləcəyi barədə Səudiyyə Ərəbistanı liderlərinin razılığını aldıqdan sonra Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşüb.

Pompeo Ərdoğanla Camal Xaşuqci barədə bağlı qapılar arxasında danışıqlar apardıqdan az sonra Ankaranı tərk edərkən müxbirin suallarını cavablandırmayıb. Pompeo Xaşuqcinin yoxa çıxmasını kral Salman və onun oğlu şahzadə Məhəmməd bin Salmanla müzakirə etdikdən bir gün sonra Səudiyyə Ərəbistanından Türkiyəyə yola düşüb.

Ər-Riyadı tərk etməzdən əvvəl Pompeo krallığın şəffaf araşdırmaların aparılacağını vəd etdiyini bildirib.

Müxbirin Xaşuqcinin sağ olması və ya ölməsi barədə sualına Mayk Pompeo: “Mən faktlar barədə danışmaq istəmirəm. Onlarda bunu istəmir. Onlar bu istintaqın tamamlanmasını istəyir. Və məncə bu ağıllı fikirdi. Bundan sonra isə biz nəticələri, onların işini qiymətləndirəcəyik” – deyə cavabinda bildirib.

Pompeo Ərdoğanla görüşdü ile ilgili görsel sonucu

“Wall Street Journal” çərşənbə axşamı məlumat verib ki, səudiyyəli agentlər Xaşuqcini döydükdən və halsız vəziyyətə gətirdikdən sonra onu öldürüb və daha sonra onu doğrayıb. Qəzet yazır ki, Türkiyə rəsmiləri audio yazıdan əldə edilən detallar da daxil olmaqla dəlilləri Səudiyyə və ABŞ rəsmiləri ilə bölüşüb.

“The New York Times” və “Washington Post” 15 Türkiyə rəsmisindən bir neçəsi şübhəlilərin Səudiyyə Təhlükəsizlik Xidməti və şahzadə ilə əlaqəsi olan adamlar olduqlarını bildirib.

“Associated Press”-ə müsahibəsində ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına qarşı artmaqda olan təyziqləri tənqid edib. Lakin bəzi ABŞ qanunvericiləri Türkiyənin səudiyyəli agentlərin Xaşuqcini öldürmələri versiyasını qəbul edib.

(Amerikanın səsi)





Xəbərin oxunma sayı : 199




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap