Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Poroşenko Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib

Tarix 15.03.17, 14:50

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə rəsmi səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri şahin Mustafayevlə görüşüb. “APA-Economics” xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında yer alan məlumatda qeyd edilib.

Görüş çərçivəsində tərəflər gəmiqayırma, təyyarə istehsalı, əczaçılıq və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığın zəruriliyini vurğulayıb. Həmsöhbətlər həmçinin iqtisadi-ticari sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

P.Poroşenko qeyd edib ki, bu il Kiyevdə keçirilməsi nəzərdə tutulan Ukrayna və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın XII iclasının vacibliyini də bildirib.

P.Poroşenko Ukraynanın suverenliyini dəstəklədiyi üçün Azərbaycana minnətdarlığını bildirib. Bununla yanaşı, ölkə başçısı Azərbaycanın ərazi bütövlüyü məsələsində Ukraynanın mövqeyinin dəyişməz olduğunu qeyd edib.



Xəbərin oxunma sayı : 70




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap