Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Portuqaliya daxili işlər naziri yanğınlara görə istefa verib

Tarix 18.10.17, 21:12

Font ölçüsü : - / +
bitmap-img6


Portuqaliya daxili işlər naziri Konstansa Urbano de Souza istefa verib

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, ölkədə baş verən yanğınlar nəticəsində ölənlərin sayı 100-ü keçdiyi üçün Konstansa Urbano de Souza istefa ərizəsini yazıb.

“Mən düşünürəm ki, artıq hazırkı işimə davam etmək üçün şərtlər qalmayıb”, - deyə o, istefa ərizəsində bildirib.

Qeyd edək ki, son dörd ayda Portuqaliyada yaşanan yanğınlarda ölənlərin sayı 100-ü keçib. Oktyabrın 15-də Portuqaliya meşələrində 443 yanğın ocağı qeydə alınıb. Meşə yanğınları ilə mübarizəyə 7 min yanğınsöndürən cəlb olunub. Yanğınlar səbəbindən 20-yə yaxın avtomobil yolu bağlanıb, Portu və Lissabon şəhərlərini birləşdirən dəmir yolu xətlərində qatarların hərəkəti bir müddət dayanıb. Təbii fəlakətin təhlükə yaratdığı rayonlardan yerli sakinlər təxliyə edilib.

Xatırladaq ki, Portuqaliyanın müasir tarixində ən böyük meşə yanğınları bu ilin iyununda qeydə alınıb. İyunun 17-də başlayan yanğınlar nəticəsində 64 nəfər həlak olub. Onların 47-si təhlükəli zonanı tərk etmək istəyərkən avtomobildə diri yanıb. 16-sı ağır vəziyyətdə olmaqla 56 nəfər isə yaralanıb. Həyatını itirənlər arasında bir aylıq körpənin olduğu da deyilir.



Xəbərin oxunma sayı : 124




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap