Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Pozulmuş piyada zolaqları

Tarix 26.09.17, 0:54

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda avtomobil yollarında piyada zolaqlarının pozulması həm piyadalar, həm də sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Nəsimi rayonunun 3-cü və 4-cü mikrorayonları ərazisində, Hüseyn Seyidzadə, Cavadxan küçələrində, eləcə də Xətai rayonunun Neapol dairəsində avtomobil yollarında yol örtüyündəki piyada zolaqları pozulub. Bu da yollarda qəzaların baş verməsinə, ən yaxşı halda isə sürücülərin cərimələnməsinə səbəb olur

Bu barədə virtualaz.org saytına oxucular məlumat veriblər.

Şikayətçilərin sözlərinə görə, yollarda piyada zolaqları görünmür: “Yağışlı və qarlı havalarda piyada zolağının görünməməsi xüsusilə azyaşlılar üçün çətinlik yaradacaq. Məktəblərin yaxınlığındakı piyada zolaqlarına daim nəzarət etmək lazımdır”.

Ekspert Ərşad Hüseynov isə sayta açıqlamasında bildirib ki, yollarda piyada zolaqları və yol nişanlarına Baş Dövlət Yol Polisi İdarəsi, eləcə də nəqliyyat agetnliyinin əməkdaşları nəzarət etməlidirlər: “Xidməti ərazidə olan polis əməkdaşları yol nişanlarına, piyada zolaqlarına nəzarət etməli, piyada zolağı pozulduğu halda dərhal məruzə eləməlidirlər. Yol nişanı və ya piyada zolaqları dərhal bərpa olunmalıdır”.

Ə.Hüseynov əlavə edib ki, əgər nişanlama və ya piyada xətti sürücünün görə bilməyəcəyi vəziyyətdədirsə, sürücü məsuliyyətə cəlb edilməyə bilər. “Burada birinci növbədə təhlükəsizliyin təminindən söhbət gedir. Yəni ilk növbədə təhlükəsizlik tədbirləri görülməlidir. Piyada zolaqları və yol nişanları təzələnməli , zolaqlar xüsusi parlaqlığa malik ağ rəngli boyalarla rənglənməlidir. Piyada zolağı pozularsa dərhal yenidən rənglənməlidir”,-Hüseynov qeyd edib.










Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap