Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Premyer Liqada yay bazarlığı: kim gəlir, kim gedir?

Tarix 17.07.19, 16:55

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Premyer Liqasında mövsümlərarası fasilə davam edir.

Klublar heyətindəki "lazımsız futbolçular"dan canını qurtarır, yeni oyunçularla güclənir və yola davam etmək istədikləri ilə yeni anlaşmalar imzalayır.

Fanat.Az bütün transferləri təqdim edir.
 
Qarabağ

Gələnlər: Xayme Romero ("Kordoba", İspaniya), Ailton Silva ("Ştutqart", Almaniya, icarə), Rerras Faycal ("Bezye", Fransa), Maqaye Qeyen (Osmanlıspor, Türkiyə).
Gedənlər: Yakub Jezniçak ("Visla", Polşa), Nicat Süleymanov ("Zirə", icarə), Reynaldo Silva ("İrtış", Qazaxıstan), Donald Gerye, İnnosent Emeqara, Con Delarj.
Müqavilə müddətini artıranlar: Miçel, Qara Qarayev, Rəşad Sadıqov, Şahruddin Məhəmmədəliyev.

Neftçi

Gələnlər: Rauf Əliyev ("Qəbələ"), Vojislav Stankoviç ("Qəbələ"), Stiven Jozef-Monroz ("Qəbələ"), Dario Frederiko ("Daequ", Cənubi Koreya).
Gedənlər: Ruslan Abışov ("Sabah"), Məhəmməd Mirzəbəyov ("Sabah"), Mirabdulla Abbasov ("Səbail", icarə), Fəhmin Muradbəyli ("Səbail", icarə), Qoran Paratski ("Slaven Belupo", Xorvatiya), Petru Raku ("Petrolul", Rumıniya), Kvame Karikari ("Dinamo", Tiflis, Gürcüstan), Canluka Sansone.
Müqavilə müddətini artıranlar: Səlahət Ağayev, Mirabdulla Abbasov, Rəhman Hacıyev, Namiq Ələsgərov.

Səbail

Gələnlər: Kamal Bayramov ("Zirə"), Dilan Duventru ("Zirə"), Bilal Həmdi ("Zirə"), Mirsahib Abbasov ("Zirə"), Urfan Abbasov ("Qəbələ"), Turan Manafov ("Zaqatala"), Daniel Bojinovski ("Rabotniçki", Makedoniya), Mirabdulla Abbasov ("Neftçi", icarə), Fəhmin Muradbəyli ("Neftçi", icarə), Eriko Konstantino da Silva ("Astra", Rumıniya).
Gedənlər: Kevin Kubemba ("Sabah"), Ruslan Qurbanov ("Keşlə"), Maudo Jarjue ("Austriya", Avstriya), Tome Kitanovski ("Kukesi", Albaniya), Tamazi Tsetsxaladze, İmanol İriberri, Enrike Moura Perilyo.
Müqavilə müddətini artıranlar: Rahid Əmirquliyev, Vüqar Bəybalayev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov, Aleksandr Rıbka, Yevgeni Koçuk, Fərhad Vəliyev.

Qəbələ

Gələnlər: Sadiq Quliyev ("Zirə"), Kamal Mirzəyev ("Zirə"), Fernan Ferreyra Lopes ("Barakaldo", İspaniya), Tərlan Əhmədli ("Sabah"), Merab Qiqauri ("Torpedo", Kutaisi, Gürcüstan), Kristian Kouakou ("Karvina", Çexiya), Klesio Bauk ("İstanbulspor”, Türkiyə).
Gedənlər: Cavid Hüseynov ("Zirə"), Elvin Camalov ("Zirə"), Rauf Əliyev ("Neftçi"), Vojislav Stankoviç ("Neftçi"), Stiven Jozef-Monroz ("Neftçi"), Urfan Abbasov ("Səbail"), Bəhlul Mustafazadə ("Sabah"), Ceyms Adeniyi ("Hapoel İroni”, İsrail: icarəyə), Sabien Lilay ("Seksiya Nes-Tsiona, İsrail), Lalavele Atakora, Dmitri Bezotosnı, Murad Popov.
Müqavilə müddətini artıran: yoxdu.

Zirə

Gələnlər: Elvin Məmmədov ("Sumqayıt"), Cavid Hüseynov ("Qəbələ), Elvin Camalov ("Qəbələ"), Nicat Süleymanov ("Qarabağ", icarə), Boyan Zaqoviç ("Baçka", Serbiya), Miloş Bakraç ("OFK Titoqrad", Monteneqro), Soni Norde ("Mohun Baqan", Hindistan).
Gedənlər: Budaq Nəsirov ("Sportinq", Portuqaliya, icarə müddəti başa çatıb), Kamal Bayramov ("Səbail"), Dilan Duventru ("Səbail"), Bilal Həmdi ("Səbail"), Mirsahib Abbasov ("Səbail"), Vüqar Mustafayev ("Sumqayıt"), Sadiq Quliyev ("Qəbələ), Kamal Mirzəyev ("Qəbələ"), İlkin Qırtımov ("Keşlə"), Pərdis Fərcad-Azad ("Keşlə), Aleksandr Dedov ("Petrokub", Moldova), Miloş Radivoyeviç, Sadio Tounkara, İsmael Fofana.
Müqavilə müddətini artıranlar: Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca, Tellur Mütəllimov, Adrian Skarlatake, Xulio Sezar Rodriges, İlkin Muradov.

Sumqayıt

Gələnlər: Vüqar Mustafayev ("Zirə"), Amil Yunanov ("Keşlə), Sərtan Taşqın ("Keşlə"), Elgün Nəbiyev ("Sabah", icarə).
Gedənlər: Elvin Məmmədov ("Zirə"), Cavid Tağıyev ("Sabah"), Rəşad Əzizli ("Keşlə"), Nicat Qurbanov (karyerasını bitirib), Əli Babayev.
Müqavilə müddətini artıranlar: Ayxan Abbasov (baş məşqçi), Vurğun Hüseynov, Şəhriyar Əliyev, Mehdi Cənnətov, Süleyman Əhmədov, Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, Rail Məlikov, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə.

Sabah

Gələnlər: Cavid Tağıyev ("Sumqayıt"), Kevin Kubemba ("Səbail"), Ruslan Abışov ("Neftçi"), Məhəmməd Mirzəbəyov ("Neftçi"), Bəhlul Mustafazadə ("Qəbələ"), Amadu Diallo ("Red Star”, Fransa), Hendrik Eksteyn ("Kayzer Çifs", Cənubi Afrika Respublikası), Abbas Ağazadə (MOİK), Anar Panayev ("Anji", Rusiya).
Gedənlər: Elgün Nəbiyev ("Sumqayıt", icarə), Tərlan Əhmədli ("Qəbələ"), Vanderson Silva, Bəxtiyar Soltanov, Novruz Məmmədov, Tərzin Cahangirov, Erik Ramos.
Müqavilə müddətini artıran: yoxdu.

Keşlə

Gələnlər: Rəşad Əzizli ("Sumqayıt"), Ruslan Qurbanov ("Səbail"), Franko Flores ("Alki", Kipr), Ziya Əzizov ("Neymegen", Hollandiya), İlkin Qırtımov ("Zirə"), Pərdis Fərcad Azad ("Zirə"), Stanislav Namaşko ("Zeta", Monteneqro), Emin Mehdiyev ("Qaradağ Lökbatan"), Miyuşko Bojoviç ("Uypeşt", Macarıstan).
Gedənlər: Amil Yunanov ("Sumqayıt"), Sərtan Taşqın ("Sumqayıt"), Edvinas Girdvainis (RFS, Latviya), Nikola Mitroviç ("Zalaegerseq", Macarıstan), Davud Kərimi, Kamran Ağayev, Seymur Əsədov, Ruslan Nəsirli, Fuad Bayramov, Denis Silva Kruz, Conatan Ayite, Andre Klennon, Valeri Kutsenko, Anxelo Pena, Samir Məsimov.
Müqavilə müddətini artıranlar: Slavik Alxasov, Azər Salahlı, Cabir Əmirli.



Xəbərin oxunma sayı : 199




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap