Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Prezdent İlham Əliyev komandanı dəyişir – Daha üç iri fiqur gedir

Tarix 03.06.17, 21:03

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Administrasiyasından başlamış islahatlar yaxın günlərdə Nazirlər Kabineti və BŞİH-də də elan olunacaq

Prezident İlham Əliyevin Prezident Administrasiyası strukturunda dəyişiklik etməsi ölkə mediasının gündəminə çevrilib. “Yeni Müsavat”ın məlumatına görə, dəyişiklik “yuxarıdan” başlayaraq bütün idarəetməni əhatə edəcək və daha operativ bir komanda formalaşdırılmasına başlanılacaq.
Qəzet yazır ki, struktur islahatlarına məhz Prezident Administrasiyasından (PA) başlanılmasının əlbəttə ki, xüsusi səbəbi var: “Əvvəla, bu, idarəetmənin “ürəyi” hesab olunan Prezident Administrasiyasında struktur və kadr ixtisarları aparmadan digər administrativ qurumlarda islahatların effektli olmayacağına verilmiş mesajdır. Çünki Azərbaycan müstəqillik əldə etdikdən üzü bəri bu və digər səbəblərdən PA-da ciddi struktur islahatları aparılmayıb. Təsadüfi deyil ki, PA-da hələ də elə şöbə rəhbərləri varmış ki, onlar bütün prezidentlərin dövründə iş başında qalıb. PA idarəetmədə elə bir mexanizmdir ki, onun indi 10 il əvvəlkindən fərqli olaraq daha effektli quruma çevrilməsinə ehtiyac var.

Struktur islahatlarının PA-dan başlamasının daha bir incə səbəbi də var. Bu, incə nüans digər dövlət strukturlarında gözlənilən ixtisar və islahatlara “dodaq büzəcək”, “niyə özlərindən başlamadılar” deyə biləcək məmurlara yönəlib. Prezident İlham Əliyevin öz administrasiyasında, belə deyək, özünə ən yaxın idarəetmə strukturunda kadr ixtisarları aparması “toxunulmaz məmur yoxdur” sözlərinin daha bir sübutudur.
Sərəncamdan belə qənaət yaranır ki, PA-da başlamış struktur islahatlarının miqyası əslində çox böyükdür.

3488e02bd93b8264d21f7d0e6808f62f

Müşavirlik institutunun birdəfəlik ləğv edilməsi, bəzi şöbələrin bağlanması və birləşdirilməsi prosesi hələ indi başlayır. Prezident sərəncamında kiminsə konkret işdən çıxarılması barədə bənd yoxdur, amma tanınmış bir sıra məmurların artıq administrasiyadakı işləri ilə vidalaşacağı dəqiqləşib. Onların sırasında yaşlılar da var ki, bu da göstərdikləri effektli dövlət xidmətinə baxmayaraq, prezidentin komandanı gənc kadrlarla əvəzləmə iradəsini göstərir”.

Qəzetin yazdığına görə, son aylar həm nazirliklərdə, həm birinci vitse-prezident aparatının formalaşmasında gənc kadr təyinatlarına üstünlük verilməsi bu tendensiyanın davamlı olacağını deməyə əsas var. Gənc nazir Ramin Quluzadəyə rabitə ilə bərabər nəqliyyat sahəsinin də həvalə olunması siyasi komandada cavanlaşdırma strategiyasının yürüdüldüyünü təsdiqləyir və göründüyü kimi, davam da edir.

“Yeni Müsavat”a daxil olan xəbərdə bildirilir ki, prezident İlham Əliyev gələn il keçiriləcək prezident seçkisinə effektli, daha rasional və işlək komanda ilə getməyi hədəfləyib. Administrasiyadan başlamış islahatlar yaxın günlərdə iki mühüm strukturda da elan olunacaq. Bu, Nazirlər Kabineti (NK) və Bakı Şəhər İcra Hakimiyyətidir (BŞİH): “NK-də baş nazir müavinlərinin sayı azaldılacaq. Baş nazirin yalnız üç müavininin vəzifəsində qalacağı deyilir. Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla, 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abbasov) var. Onların çoxu pensiya yaşını artıq haqlayıb Yaqub Eyyubov – 72 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 74 yaş (1943), Əli Həsənov 69 yaş (1948), Abid Şərifov 77 yaş (1940), Əli Əhmədov 64 yaş (1953), İsmət Abbasov 63 yaş (1954). Baş nazir Artur Rasi-zadənin isə 82 yaşı var (1935).

1487738783_1

Qaynağımızın sözlərinə görə, müavinlərin üçü pensiyaya göndəriləcək. Qalanlar sırasında YAP-ın icra katibi Əli Əhmədovun olacağı dəqiqdir, Əli Həsənovun və Yaqub Eyyubovun görəvini davam etdirəcəyi deyilir. Bu strukturda da ciddi ixtisarların olacağı dəqiqdir. Çünki ən çox “büdcəyə yük” də məhz NK-dır.
Ümumiyyətlə, təkcə NK deyil, digər nazirlik və komitələrdə yalnız bir müavin ştatının saxlanılacağı iddiası da var. Bu da hökumətin həm bürokratik aparata nəzarət imkanlarını yaxşılaşdıracaq, həm də dövlət idarəetmə aparatında çeviklik yaradacaq.
Bakı Şəhər İcra Hakimiyyətində də rəhbər postlarda ixtisarlar olacaq. İqtisadiyyat Komitəsi, Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Şəhər Kino Xidməti İdarəsi kimi strukturların birləşdiriləcəyi deyilir.
Belə görünür ki, prezident İ.Əliyevin struktur və kadr siyasətini gücləndirmək, qarşıdakı prezident seçkisi ilində daha çevik komanda ilə işləmək və islahatları tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasəti davam edəcək”.




Xəbərin oxunma sayı : 2107




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap