Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Prezident özünə yeni köməkçi təyin etdi - Sipilin kimdir? + DOSYE/ FOTOLAR

Tarix 24.11.22, 20:51

Font ölçüsü : - / +
bitmap-img6


Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.  A.Sipilin 2019-cu ildən bu günədək Azərbaycanın Birinci .vitse-prezidentinin köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Andrey Sipilin 1995—1999-cu illərdə Heydər Əliyev adına SiyasiElmlər Akademiyasında, 2000—2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000—2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. Bakı Dövlət Universitetində hüquq, Azərbaycan Dövlət İqtisad Universitetində isə biznes idarəetməsi və audit ixtisası üzrə təhsil alıb.

2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004—2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib. Daha sonra "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib.

Onu da qeyd edək ki, Andrey Sipilin Azərbaycanın tanınmış hüquqşünaslarından olan, Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın yeganə övladıdır. Milliyətçə yəhudi olan Tatyana Aleksandrovna Qoldman 1954-cü ildə Bakı şəhərində anadan olub.

Tatyana Qoldmanın əsli Ukraynaya gedib çıxır. Atasının vəkil babası Rusiya imperiyasında Sankt-Peterburq Universitetində təhsil almış 5 yəhudidən biri olub. Tatyana xanımın ata tərəfdən ailəsinin soyadı Qusman olub. Ata tərəfi əvvəlcə İspaniyadan qovulub, daha sonra isə XX əsrin əvvəllərində Ukraynadan Bakıya köçüb. Ana tərəfi isə Ukraynadan Bakıya XIX əsrdə gəlib.
Tatyana Qoldmanın atası, Andrey Sipilinin babası məşhur memar olub. Onun Bakıda tikdiyi bir çox bina hələ də qalmaqdadır.



Tatyana Qoldman bir-neçə il əvvəl İsrail mətbuatına verdiyi müsahibədə bildirib ki,  onun üçün doğma vətən Azərbaycandır. O deyib ki, mənim ürəyim və köküm Bakıya bağlıdır.

Andrey Sipilin haqqında danışan Tatyana Qoldman deyib ki, oğlu azərbaycanlı müsəlman qadınla evlənib: "Gəlinim, nəvəm müsəlmandır. Onlar evləndiklərinə görə xoşbəxtdirlər. Buna görə mən də xoşbəxtəm".







Xəbərin oxunma sayı : 604




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap