| |
|
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı“ ilə bağlı nümayəndə heyətini qəbul edib - FOTOLAR
Tarix 21.01.26, 10:52 |
|
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib.
AzFakt.com həmin görüşdən hazırlanan materialı təqdim edir.
Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Onlar 2026-cı il üzrə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini dedilər, həmin tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf hissi duyduqlarını vurğulayıblar.
Qeyd olunub ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir.
Dövlət başçısının bu mükafata layiq görülməsi, eyni zamanda, Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibin, Roma Papası XIV Leonun və münsiflər heyətinin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirildi.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərarın qəbul edildiyi bildirilib.
Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam: Münsiflər heyətinin adından demək istərdim ki, sülh sazişi üzrə uğurun əldə olunması üçün Zati-alinizin gördüyü işlər bizim hamımızı ruhlandırır və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsidir.
Biz və bütün dünya bunu dəyərlər baxımından yüksək qiymətləndiririk, çünki dünyanın həqiqətən buna ehtiyacı var. Həmin mükafatın Sizə təqdim edilməsi sazişin sülh, barışıq və regional sabitliyin bərqərar edilməsi baxımından əhəmiyyətini göstərir. Cənab Prezident, Sizə həqiqətən təşəkkürümüzü bildiririk.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvü, Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel: "Hesab edirəm ki, Sizin Ermənistanla birgə icra etdiyiniz sülh razılaşması dünya ölkələri üçün çox güclü bir siqnaldır. Yəni çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə kiçik də olsa, nikbinliklə və ümidlə baxmaq üçün ortaq iradə var. Bu da bizim təşviq və müdafiə etmək istədiyimiz dəyərlərə bağlıdır. Çünki biz hesab edirik ki, bu dəyərlər gələcəkdə daha çox təşviq olunmalıdır. Bir daha qeyd etmək istəyirəm, biz Sizin liderliyinizi, bu sülh razılaşmasını təqdir edirik. Mükafatla bağlı verdiyimiz qərarla biz bu sülh razılaşmasının reallığa çevrilməsi üçün Sizin göstərdiyiniz bütün səylərə dəstək olduğumuzu nümayiş etdirmək, region və Cənubi Qafqaz, həmçinin daha geniş bölgə üçün müsbət ümidlər və perspektivlər arzulamaq istəyirik".
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvü, Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Faki: "Düşünürəm ki, sülh və sabitlik çox zəruridir. Fikrimcə, baxışlarınız və rəhbərlik keyfiyyətləriniz çox yüksək dəyərləndirilir. Münsiflər heyətinin üzvü kimi Sizi təbrik etmək istəyirəm və görüşümüzdə iştirak etmək üçün razılıq verdiyinizə, bütün dünyaya və region xalqlarına sülhün və cəsarətin nədən ibarət olduğunu göstərdiyinizə görə minnətdaram. Qeyd etdiyiniz kimi, son vaxtlara qədər qətl və qan tökülməsi müşahidə olunurdu. Lakin indi irəliyə doğru getmək, sülhü və sabitliyi bərqərar etmək cəsarətini nümayiş etdirdiniz. Zati-aliləri, təbrik edirəm".
x x x
Xoş sözlərə və dəvətə, həmçinin regionda sülhün bərqərar olunması istiqamətində Azərbaycanın səylərinin yüksək qiymətləndirilməsinə görə münsiflər heyətinə minnətdarlığını ifadə edən dövlət başçısı dəvəti məmnunluqla qəbul etdiyini vurğulayıb.
Sülhün regional sabitlik və firavanlıq baxımından önəminə toxunan Prezident İlham Əliyev deyib ki, işğal zamanı xalqımızın üzləşdiyi əziyyətlərə, verdiyi qurbanlara baxmayaraq, Azərbaycan dayanıqlı sülhün bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirib. Prezident İlham Əliyev sülh razılaşmasının məhz Azərbaycan tərəfindən hazırlanaraq Ermənistana təqdim olunduğunu və bu istiqamətdə səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev: "Sizin də düzgün qeyd etdiyiniz kimi, sülh bütün regiona sabitlik və firavanlıq gətirəcək. Yaxın keçmişə nəzər salsaq, bizim məsələmizin bir növ nadir olduğunu görərik. Yaxın keçmiş deyərkən, son onilliyi nəzərdə tuturam. Son qanlı döyüşlərdən sülhə gedən yol iki il zaman apardı. Əziyyətə və qurbanlara baxmayaraq, biz sülhün birdəfəlik bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirdik və artıq bunun bəhrəsini görürük".
Dövlət başçısı cəmi beş ildir sülh şəraitində yaşadığımızı qeyd edərək vurğulayıb ki, son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib.
Azərbaycan Prezidenti bu xüsusda 2025-ci il avqustun 8-də Vaşinqton görüşündə sülh gündəliyi ilə bağlı əldə olunmuş razılaşmaların tarixi əhəmiyyətini qeyd etdi, bu məsələdə ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev: "Sülh şəraitində yaşamağa öyrəşirik. İnanın mənə, bu, xoş hissdir. Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür. Siz xalq, ölkə və inkişaf, rifah, sabitlik üçün daha çox işlər görə bilərsiniz. Yenə də düşünürəm ki, Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma və bu cür mötəbər şəxslərdən ibarət qrupun verdiyi qiymət həqiqətən göstərir ki, sülhə nail olmaq üçün sizdə güclü siyasi iradə lazımdır. Bunu ürəkdən arzulamalısınız. Bunu sözdə yox, əməldə etməlisiniz. Bu cür səylər dəyərləndirildiyi halda Siz daha da həvəslənirsiniz və qlobal xəritədə insanların hələ də müharibədə öldüyü digər yerlərə də sülh mesajını verirsiniz".
"Zayed İnsan Qardaşlığı Mükafatı"ndan danışan dövlət başçısı bildirib ki, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın xatirəsinə dünyada böyük rəğbət bəslənilir.
Prezident İlham Əliyev, eyni zamanda, onun xələfi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla qardaşlıq münasibətlərinin olduğunu qeyd edib.
Bu xüsusda dövlət başçısı mükafata layiq görülməsinin onun üçün ikiqat şərəf olduğunu deyib.
Prezident İlham Əliyev regionda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlərə göstərdikləri dəstəyə və onun fəaliyyətinə verdikləri qiymətə görə, həmçinin Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxinə və Roma Papasına minnətdarlığını çatdırmağı xahiş edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.












Xəbərin oxunma sayı : 1441
Siyasət
Xəbərlər
-
İsmayıllı istintaqında əsas sual: icra başçısı həqiqətən xəbərsiz idi?
-
Yüzlərlə məktəb direktorsuz fəaliyyət göstərir: Həll yolu nədir?
-
Fransa yığmasının sabiq futbolçusu Qəbələdə - FOTO
-
Nazirlik Abid Şərifovun qızından ofis icarəyə götürüb - 35 min manata
-
Prezident İlham Əliyev müşavirə keçirdi - FOTO
-
“Verilən sənədlərə imza atmışam...“ - Abasquliyeva ifadə verib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Hospitalın rəisi vəzifədən azad edilib - Yerinə təyinat oldu
-
Prezident İlham Əliyev fərman imzaladı - Qrantla bağlı
-
Minlərlə manat ödəndi, sənəd verilmədi - MTK ilə sakinlər üz-üzə
-
Bu məktəblərə yeni direktorlar təyin olundu - ADLAR
-
Kolumbiya Prezidentinə sui-qəsd cəhdi - “Son 2 gündür ölümdən qaçıram”
-
Abşeron rayon Məmmədli kəndində qanunsuz tikintilər - Makler Ceyhun Mirzəyevi hansı məmur himayə edir?
-
Pensiyalar bu tarixdə tam ödəniləcək - 2 ayın artımı ilə birgə
-
Qar yağacaq, yollar buz bağlayacaq... - Sabah şaxta olacaq
-
Xətaidə fərdi yaşayış evləri uçmaq təhlükəsi ilə üz-üzə - VİDEO
-
Türkiyənin iki naziri dəyişdi - Ərdoğandan gözlənilən dəyişiklik
-
“Aİ Macarıstana “açıq müharibə“ elan edib“ - Orban
-
Bakıda kuryeri bıçaqlayıb, qızılları aparan şəxs tutulub - VİDEO
-
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
-
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu
-
Prezident Ərəb Parlamentinin prezidentini qəbul etdi - FOTOLAR
-
Hava limanı istiqamətində hərəkət məhdudlaşdırılacaq - Bu tarixlərdə
-
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Nəriman ABŞ-da milyonçu olacaq - Maaşı açıqlandı
-
İlhamə Quliyevanın bacısı qızı həbs olundu - 811 min manatlıq dələduzluq
-
Qonşuların ödəmədiyi istliyin haqqının güdazına gedirlər - VİDEO
-
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub göndərdi - MƏTN
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 %-dən çox artıb - RƏSMİ
-
Tramp İranla bağlı sərt danışdı: “Razılığa gəlməsələr...“
-
Əksər ərazilərə yağış, bəzi bölgələrə qar yağır - FAKTİKİ HAVA
-
Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
-
Ağsuda niyə kənd məktəbi hasarsızdır? - VİDEO
-
“Qarabağ“ Nərimanı ABŞ klubuna neçəyə satıb? - MƏBLƏĞ
-
Taksi sürücülərinə bildiriş göndərildi - Qiymət bahalaşır?
-
Prezident və xanımı Vens ailəsi ilə - FOTOLAR
-
Bakıda yeni tunel tikiləcək - Daha bir ərazidə söküntü başlayır - Video
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Azərbaycan klublarının qış transferləri - Kim gəlir, kim gedir?
-
Bakıda bu binanın sakinləri qaz olmadığından evlərində papaq və palto ilə gəzirlər - ŞİKAYƏT
-
İzmirdə FETÖ-yə qarşı əməliyyat -12 nəfər saxlanılıb
-
Salyanda “üstü bəzək, altı təzək“ olan körpü - VİDEO
-
“Minlərlə uşaq bağçaya gedə bilmir” - Fazil Mustafa qanunun icrasını tənqid etdi
-
Xırdalan sakinləri illərdir mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
-
Qobustanda müştərilərin olduğu obyektin qapısını bağlayıb yandırdılar - VİDEO
-
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandı - Tam MƏTN
-
İxtisas yox, iddia var:Ekologiya nazirliyində mümkün qanun pozuntusu
-
Neft embarqosu Kubada aviareysləri iflic edib - Adada minlərlə turist qalıb
-
Pensiya artmılarını necə hesablayaq? - Bu üsul ilə mümkündür
-
“Tramp marşrutu regionda sülhü gücləndirəcək“ - İlham Əliyev
-
Vardanyan məhkəmədə Füzulinin və Cavidin şeirlərini oxudu - Fotolar
-
“Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır“ - Ceyms Devid Vens
-
Ət bahalaşır, balıq bazarında vəziyyət necədir? - Bazardan reportaj
-
İlham Əliyev və Vens mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO
-
Nənə və nəvə dəm qazından boğularaq öldü - Qobustanda
-
Deputatın şirkəti 10,7 milyonluq sifariş alıb - “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
-
İlham Əliyevlə Vensin geniş tərkibdə görüşü keçirildi - Fotolar
-
Azərbaycanda ən çox şikayət olunan bank məlum olub - SİYAHI
-
“Nəriman özündə deyildi, hər gün...“ - Qurban Qurbanov
-
İlham Əliyev Ceyms Vensi belə qarşıladı - FOTOLAR
-
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə gəlib - VİDEO + FOTO
-
Bakı və rayonlara qar yağacaq, yollar buz bağlayacaq - Sabahın havası
-
Yeni sədrin müavinləri təyin edildi – FOTOLAR + DOSYELƏR
-
Məhkəmədən Ramiz Mehdiyevlə bağlı yeni qərar - Ev dustaqlığı 4 ay uzadıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İsrail ABŞ ilə məsləhətləşmədən İrana hücum etməyəcək“ - Rəsmi Tehran
-
Nazir təyin edilən Rəşad İsmayılov kimdir? - DOSYE
-
Allahşükür Paşazadə Roma Papası ilə görüşdü - FOTOLAR
-
m10-da ağlasığmaz talama - On milyonlarla vəsait oğurlanıb
-
Rəşad İsmayılov nazir təyin olundu - SƏRƏNCAM
-
Epşteynlə əlbir olan Maksvell ifadə verməkdən imtina etdi - Trampdan əfv istəyir
-
Prezidentin sədr təyin etdiyi Azər Mursaqulov kimdir? - DOSYE
-
Aİ daxilində kəşfiyyat paylaşımına nəzarət: Avropa Komissiyası planlarını dəyişdi
-
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
-
Dövlət Statistika Komitəsinə yeni sədr təyin edildi - SƏRƏNCAM
-
Paytaxtda duru yağ bahalaşdı, keyfiyyət azaldı - SƏBƏB
-
Tahir Budaqov getdi, YAP-ın aparat rəhbəri kim olacaq? - İki namizədin adı çəkilir
-
Elnur Bağırovdan yeni təyinat - Xəlilovu direktor təyin etdi
-
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə edildi
-
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
-
Trampdan Kanadaya sərt xəbərdarlıq - Hokkey və Stenli Kuboku körpüyə qurban gedəcək?
-
Milli Məclis təsdiqlədi: “Patent haqqında“ Qanun dəyişir
-
Bakıda daha bir ərazidə böyük söküntü - Sakinlərə bildirişlər paylanılıb
-
Nəriman Axundzadə ABŞ komandasına satıldı - RƏSMİ
-
İdarə rəisi SHXÇDX-dən getdi - Yeni sədr özünə yeni müşavir götürdü
-
Bu hallarda investisiyalar dövlət tərəfindən alınacaq - YENİLİK
-
Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
-
“Şəki-Qala“ restoranının işçiləri maaşlarını ala bilmirlər - VİDEO
-
Pensiyalar nə qədər artacaq? - Nazir müavini rəqəmləri açıqladı
-
Britaniya müdafiə fondlarının maliyyələşdirilməsini sürətləndirir - “Bloomberg“
-
Zaur Axundov barəsində qərar verildi - Ev dustağı oldu
-
ABŞ ordusu Sakit okeanda üzən gəmini vurdu - İki nəfər öldürüldü
-
“Guavalab“ın 200 işçisi ixtisar olundu, maaşlar ödənmədi - VİDEO
-
“Yükümüzü belimizdə daşıyırıq... “ - Təcili yardım maşını gələ bilmir
-
Azərbaycanda toyuq əti bahalaşacaq? - VİDEO
-
Sevdanın qırmızı obrazı müzakirə yaratdı - FOTOLAR
-
Ronaldo boykotu dayandırdı: Klub onun şərtlərini qəbul etdi
-
“ABŞ ilə İran arasında ani savaş təhlükəsi yoxdur“ - Hakan Fidan
-
Məşhur general Ayaz Həsənov məhkəməyə verildi - Detallar
-
Bakıda kütləvi dava - Hücuma məruz qalan türk iş adamının Əyyubovlarla nə əlaqəsi var?
-
“İrəvan və Bakı sülhü geri dönməz hesab etməyə çox yaxındırlar“ - Nikol Paşinyan
-
“Şeyx Lounge“ restoranını yandıranlar saxlanıldı - VİDEO
-
Bu rayonlarda sabah qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Hamlet İsaxanlının qızları kimlərdir və harada işləyirlər? - DOSYE +FOTO
-
“Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq“ - İlham Əliyev
-
Sabiq deputat Fəzail Ağamalı vəfat etdi - Türkiyədə
-
Vens Paşinyanla görüşdü - Birgə bəyanat imzaladılar
-
Əli Kərimli, Məmməd İbrahim və Eldar Əmirovun həbs müddəti uzadıldı - 4 ay
-
Zaur Axundova cinayət işi açıldı - Külli miqdarda yeyinti
-
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi - FOTOLAR
-
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
-
Neftçala icra hakimiyyətinin hesabat yığıncağında himn qalmaqalı - Başçı təxribatdan şübhələnir...
-
“SS Butik“in satıcısından dələduzluq: Mağazaya şərik edəcəyini dedi...
-
“Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir” - Adəm İsmayıl Bakuvi
-
“Xarici qüvvələrin İrana müdaxilə cəhdləri uğursuz nəticələnib“ - Xamenei
-
4 milyona görə həbs edilən dəstə başçısı da - Ev dustaqlığına buraxıldı
-
Anar Əlizadə haqqında ilginc faktlar - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə...
-
Sahibkarlıq sahəsində aparılan yoxlamalar... - Qadağa uzadıldı
-
Yanardağ Dövlət Qoruğunun ərazisi də satılıb? - Abşeron icra başçısı nə edir? - VİDEO
-
Dövlət qurumunun binasında oğurluq - 5,8 minlik ziyan
TOP 10
ARXİV






