Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Prezident Administrasiyasının şöbə müdiri:“Dissertasiyaların müdafiəsi prosesini sadələşdirmək vacibdir“

Tarix 17.01.19, 20:08

Font ölçüsü : - / +
bitmap-img6


Dissertasiyaların müdafiəsi prosesini mərhələli şəkildə sadələşdirmək və müasirləşdirməklə yanaşı, onun keyfiyyətinin də yüksəldilməsi vacibdir.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva AMEA-nın Rəyasət Heyətində Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında çıxış edərkən deyib. F.Əliyeva bildirib ki, bu prosesdə Ali Attestasiya Komissiyası təsdiqedici və həlledici funksiya daşısa da, digər qurumların da rolu böyükdür. Elmi problemlər üzrə elmi şuraların böyük səlahiyyətləri olduğunu deyən F.Əliyeva dissertasiya mövzularının məhz həmin şuralarda təsdiq olunduğunu qeyd edib.

PA rəsmisi əlavə edib ki, elmi rəhbərlər bu mərhələyə xüsusilə diqqətlə yanaşmalıdırlar.

O, dissertasiya şuralarının yenidən formalaşdırılması ilə bağlı irəli sürülən təkliflər, bu şuralara üzvlərin seçilməsi üçün müəyyən olunan meyarlar haqqında da danışıb. F.Əliyeva, həmçinin problem şuralarının veb-saytlarının operativ fəaliyyət göstərmələrinin zəruri olduğunu diqqətə çatdırıb. Eyni zamanda AMEA-da dissertasiya şuralarının işinin səmərəli təşkili, onların fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə müvafiq işlərin görülməsinin məqsədəuyğun olduğunu deyib.





Xəbərin oxunma sayı : 181




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap