Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Prezident Duterte: “Əladır, gündə 32 nəfər öldürsək...“

Tarix 17.08.17, 16:40

Font ölçüsü : - / +
bitmap-img6


Filippində prezident Rodriqo Dutertenin hakimiyyətə gələndən sonra narkotacirlərə qarşı başlatdığı divantutma kampaniyası davam edir. virtualaz.org xəbər verir ki, avqustun 15-i bu kampaniyanın ən qanlı günü olub. Həmin gün polis reydi zamanı narkotik alveri ilə məşğul olduğu təxmin edilən 32 nəfər güllələnib. Ötən sutka isə "məhsuldarlıq" bir qədər aşağı düşüb-cəmi 25 cəsəd.

Prezident Duterte Filippində korrupsiyaya və cinayətkarlığa qarşı könüllü mübarizə hərəkatının ildönümü ilə bağlı ötən gün prezident sarayında keçirdiyi qəbulda narkotacirlərə qarşı mübarizədə avqustun 15-də əldə edilmiş yüksək nəticəni tərifləyib. Prezident deyib ki, Bulakan bölgəsində keçirilmiş kütləvi polis reydi nəticəsində 32 narkotacirin öldürülməsi çox əla nəticədir.

"Bu, əladır. Əgər biz hər gün 32 cinayətkarı öldürsək ölkəni narahat edən problemi həll edə bilərik"-Duterte deyib.

Xəbərlərə görə həmin reyddə ehtimal edilən narkotacirlərin 11 nəfərini "drujinaçılar", qalanlarını polis güllələyib. Dutertenin başlatdığı kampaniyada indiyədək 7-8 mindən nəfərdən çox "narkotacir" güllələnib. Lakin onların heç də hamısının narkotiklərlə bağlı olduğunu demək mümkün deyil, çünki öldürülənlərin günahını sübut etməyə heç kim cəhd göstərmir. Polislər bir qayda olaraq şəxsi güllələyir, daha sonra onun cəsədinin yanına nakotik qoyur və şəklini çəkərək hadisəni "narkotacirin polisə müqaviməti zamanı zərərsizləşdirilməsi" kimi protokollaşdırırlar.




Xəbərin oxunma sayı : 148




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap