“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Prezident Konstitusiya Məhkəməsinə sorğu göndərdi – Parlamentin buraxılması ilə bağlı

Tarix 02.12.19, 18:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.

AzFakt.com xəbər verir ki, sorğuda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi deputatların səs çoxluğu ilə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul etmişdir. Qeyd edilən Qərar ilə Azərbaycan Respublikasının Prezidentindən Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının 98-1-ci maddəsinə əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilir.

Qərarda bildirilir ki, Milli Məclis üzvlərinin mütləq əksəriyyətində parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə mövqe formalaşmış və nəticədə parlamentin öz fəaliyyətini davam etdirməsi qeyri-mümkün olmuşdur. Bu baxımdan da, Qərara əsasən Milli Məclisin Konstitusiyanın 94-cü və 95-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərinin müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yüksək səviyyədə saxlanılmasının təmin edilməsi üçün Milli Məclis buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir.

Milli Məclisin Qərarı üzrə yekun Qərar qəbul etməzdən əvvəl, hazırkı şərtlərdə Milli Məclisin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasının 98-1-ci maddəsinə uyğun olub-olmayacağı barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin öyrənilməsi zərurəti yaranmışdır.

Qeyd edilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini rəhbər tutaraq, xahiş edirəm ki, yaranmış vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisi buraxmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmayacağı barədə qərar qəbul edəsiniz”.



Xəbərin oxunma sayı : 913




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap