Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Prezident Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb

Tarix 18.01.17, 19:50

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih ilə görüşüb

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən nazir Xalid Al Falih gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən uğurlu islahatların əhəmiyyətini qeyd edib.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərini məmnunluqla xatırladıb, iki ölkə arasında qardaşlıq münasibətlərinin olduğunu deyib.

Söhbət zamanı Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycana investisiyaların yatırılması, Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında əməkdaşlıq, “Saudi Aramco” şirkəti ilə SOCAR-ın həm regionda, həm də digər ölkələrdə birgə layihələr həyata keçirmələri və digər məsələlər müzakirə edilib.



Xəbərin oxunma sayı : 97




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap