Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Prezident Trampın icra edəcəyi sənəd – Amerika Milli Təhlükəsizlik Strategiyasının yeni hədəfləri nədir?

Tarix 15.11.16, 13:33

Font ölçüsü : - / +
bitmap-img6


Dünya ekssentrik milyarder, indi isə yeganə superdövlətin prezidenti kimi Donald Trampın rəhbərliyi altında Amerikanın necə olacağı haqqında suallara cavab axtarışındadır.

Çoxlarına elə gəlir ki, nəhəng biznes “yırtıcısı” olarkən həddindən artıq böyük eqosunu nümayiş etdirdiyi kimi, Trampın prezidentliyi də əxlaqsız olacaq. Amma bu, məqsədyönlü və qeyri-adi insanın yalnız xarici görünüşüdür. O özü də yeni prezident kredosunu məsul və sərt siyasətçi kimi anons edirdi.

Amma qeyd etmək lazımdır ki, ABŞ üçün yeni çağırışlar dövründə Trampın qələbəsi heç də təsadüfi deyildi və onun liderlik nüfuzu Amerikanın yeni dünya strategiyasının – təkbaşına liderliyinin başladığı dövrdə çox yerinə düşdü.

Tramp, faktiki olaraq, Amerika Milli Təhlükəsizlik Strategiyasının təcəssümüdür və onun davranışı, dünyagörüşü, demək olar ki, superdövlətin bu proqram sənədinin əsas ideyasını əks etdirir.

Strateq.az bildirir ki, Turan Analitik Qrupu bu Strategiyanı incələyərək, Trampın prezidentlik dönəmində ABŞ-ın hansı prioritetlərə üstünlük verəcəyini şərh edib.

Milli Təhlükəsizlik Strategiyasının təhlili Trampın hakimiyyətdə olduğu dövrdə necə olacağı və Amerikanın və dünyanın növbəti 4 illik prezidentlik müddətində necə olacağı barədə təsəvvür yaradır.

2015-ci ilin fevralında iki il gecikmə ilə qəbul edilmiş Strategiya onun, eləcə də Birləşmiş Ştatların bütün institutlarının fəaliyyətinin və qərarlarının əsasını təşkil edəcək.

Bu sənəd ABŞ-ın dünyada açıq-aşkar liderliyini və dünya sisteminin sabitliyinə və inkişafına görə məsuliyyət daşıyan ölkə kimi onun məqsəd və vəzifələrini müəyyən edir, bununla da ABŞ-ın tərəfdaşlıq ittifaqları çərçivəsində liderliyinə əsaslanan 2010-cu il strategiyasından fərqlənir.

Çox güman ki, 2015 Strategiyası son illər dünyanı əhatə etmiş siyasi və iqtisadi böhran və tənəzzüllər şəraitində Amerikanı daha ön mövqelərə çıxaran Obama administrasiyasının uğurlu hakimiyyəti dövründə formalaşan yeni çağırışlara uyğunlaşdırılıb.

Həmin administrasiya federal büdcə kəsirini 1 trilyon dollardan 500 milyard dollara qədər azaltmaqla, 11 milyon iş yeri yaratmaqla və işsizliyi 11%-dən 5,7%-ə endirməklə  ölkəni resessiyadan çıxarmağa müvəffəq olub. ABŞ dünyada öz liderliyini gücləndirib və təhlükəsizliyini möhkəmləndirib.  Vaşinqton Avrasiya məkanında da öz mövqeyini möhkəmləndirib. Yeni istiqamətverici sənəd də demək olar ki, bu regiona həsr olunub.

Trampın rəhbər tutacağı yeni Strategiyada “liderlik” “güc mövqeyindən rəhbərlik etmək”, “şəxsi nümunə”, “etibarlı tərəfdaşlarla”, “Amerika gücünün bütün alətlərindən istifadə edərək”, “uzunmüddətli planlaşdırmaya söykənərək” ifadələri ilə səciyyələnir.


Strategiyadan çıxarışlar:

– Biz iqtisadi vəziyyətin dəyişdirilməsi və dinc demokratik dəyişiklikləri dəstəkləyən inkişaf etməkdə olan iqtisadi qüvvələr və ölkələrlə yeni münasibətlərin tətbiq edilməsi üçün strateji imkanlar axtarıb tapacağıq.

– Hədsiz yoxsulluğa son qoymaq üçün öz potensialımızdan istifadə edəcəyik və innovasiya, elm və texnologiyalarda, sahibkarlıq və enerji təhlükəsizliyində üstünlüklərimizə söykənəcəyik. Biz öz nümunəmizlə rəhbərlik edəcəyik.

– Bizim institutlarımızın və qanunun aliliyinə hörmətin gücünü demokratik idarəetmə nümunəsi göstərir. Biz öz Vətənimizdə dəyərlərimizi qorusaq, xaricdə onları daha yaxşı yaya bilərik. Bu, vətəndaş hüquq və azadlıqlarının qorunmasını, şəffaflıq və hesabatlılığı nəzərdə tutur. Bu, həmçinin başqa millətlərin beynəlxalq norma və standartlara riayət etməsini istəyiriksə, bizim onlara riayət etməyimizi, riayət etmiriksə, məsuliyyətimizi nəzərdə tutur.

– Eyni zamanda, biz və tərəfdaşlarımız islahatlar aparmalı və etibar edilə biləcək dövlətlərin sayının artması fonunda bir-biri ilə daha səmərəli əməkdaşlığa sərmayə yatırmalıyıq. Daha az insan yoxsul olarsa, ticari tərəfdaşlar çiçəklənir, cəmiyyətlər azad olur, Birləşmiş Ştatlar daha təhlükəsiz və daha güclü olur.

Strategiyada bir çox Yaxın Şərq və Şimali Afrika ölkələri arasında, eləcə də həmin ölkələrin daxilində gedən hakimiyyət uğrunda mübarizə “təhlükə” adlandırılır. 2003-cü il İraq müharibəsindən və 2011-ci il “ərəb baharından” sonra yaranan bu mübarizə həm regionda, həm də birliklər, vətəndaşlar və dövlətlər arasında münasibətləri müəyyən edəcək. Bu proses xüsusən dini ekstremistlərin çıxdığı və ya idarəçilərin demokratik islahatlardan imtina etdiyi, öz iqtisadiyyatlarını və vətəndaş cəmiyyətini məhv etdiyi cəmiyyətlərdə güclənməkdə davam edəcək:

– İndi biz Amerikanın liderliyi təcrübəsinin inkişafı vasitəsilə onların trayektoriyasına təsir etməliyik. Bu strategiya bizim dəyişməz milli maraqlarımız üçün risklərin və onların təşviqi imkanlarının real qiymətləndirilməsinə əsaslanaraq, prioritetləri müəyyən edir. Bu strategiya xarici siyasət sahəsində bir ölkəyə və ya regiona yönəlmir. O, qarşılıqlı əlaqədə olan dünyanın hər bir ölkəsində maraqları olan qabaqcıl dövlət üçün məqbul olan müxtəlif istiqamətli və tarazlaşdırılmış prioritetlər toplusudur.

– Biz ekstremizm doğuran şərtlərə – yoxsulluğa, qeyri-bərabərliyə və repressiyalara qarşı mübarizə tədbirləri görəcəyik.

– Biz siyasi olaraq insanlar üzərində qanuni idarəçilik qurmağa çalışan zəif ölkələrlə əməkdşlığa üstünlük veririk. Biz əsas diqqəti məlum sahələrdə, məsələn, inklüziv siyasətdə təsirə və zəruri şərtlərə, xidmətlərə bərabər və ədalətli çıxışın təmin edilməsinə, təhlükəsizlik və hüquq qaydasında islahatlara, korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə, habelə xüsusilə gənclər və qadınlar üçün imkanlar yaradılmasında yardıma yetirəcəyik.

Strategiyada "Çiçəklənmə" eyniadlı fəsildə aşağıdakı kimi görünür:

– Birləşmiş Ştatların bazar və təhsil imkanları gələcək nəsil qlobal sahibkarlara qlobal orta sinfin inkişafını dəstəkləməyə kömək edəcək. Münaqişənin qarşısının alınması və insan ləyaqətinin təşviqi üçün biz həmçinin hədsiz yoxsulluğun aradan qaldırılması və qeyri-bərabərliyin azaldılması siyasəti həyata keçirəcəyik.

– Bizim “Güclü Afrika”, “Ticari Afrika”, “Yemək və gələcək”, “Açıq cəmiyyət tərəfdaşlığı” kimi inkişaf təşəbbüslərimizlə isə inklüziv iqtisadi inkişafa təkan vermək, korrupsiyanı azaltmaq, yerli səviyyədə imkanlar yaratmaq üçün hökumətlər, özəl sektor və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlığı davam etdirəcəyik. Əsas infrastruktur obyektlərinə və təhlükəsizliyə investisiyalar ölkələr, xüsusən inkişaf etməkdə olan iqtisadiyyatlar arasında ticarətin inkişafına şərait yaradacaq.

Əsas diqqət dəyərlərə yetirilir:

– Mühüm siyasi dəyişikliklər yaşayan dünyada səmərəli liderlik üçün Birləşmiş Ştatlar xaricdə universal dəyərləri təşviq etməklə birlikdə, vətəndə öz dəyərlərinə riayət etməlidirlər. Yaxın Şərqdən Ukraynaya və Cənub-Şərqi Asiyadan Şimali və Cənubi Amerikaya qədər insanlar böyük azadlığa və hakimiyyət institutlarının məsuliyyətliliyinə can atarkən daha böyük imkanlar əldə ediblər. Amma bu insan tələbatları adətən gözdən düşmüş avtoritar rejimlərin himayəçilərinin eyni şəkildə qarşı çıxmasına səbəb olur ki, bu da onlara qarşı müqavimət və münaqişələrlə yekunlaşır. Son illər təhlükəsizliyimizə qarşı təhlükələrin əksəriyyəti avtoritar ölkələrin onlara qarşı gələn demokratik qüvvələrlə mübarizə fəaliyyəti ilə əlaqədar yaranıb – Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı böhrandan başlayaraq və Suriya vətəndaş müharibəsində İŞİD-in ortaya çıxmasına qədər. Böyük imkanlarımızın əksəriyyəti Saxaradan cənubdan və Şərqi Avropadan başlayaraq, Birmaya qədər azadlıq və qanunun üstünlüyünün yaranması sayəsində ortaya çıxıb.

– Demokratiya və insan hüquqlarının müdafiəsi bütün strateji milli maraqlarla bağlıdır. Bu, bizi bütün dünyada sadə etibarlı insanlarla doğmalaşdırır. Biz öz tariximizdən bilirik ki, azadlıq uğrunda mübarizə uğura məhkumdursa, insanlar öz mübarizələrini aparmalıdırlar. Amma Amerikanın vəziyyəti xüsusidir və ondan adətən  dinc yolla demokratik keçidə dəstək gözləyirlər. Biz dünyada insan hüquqları üzrə normaların güclənməsi və genişləndirilməsi üçün beynəlxalq dəstəyi səfərbər etməyə davam edəcəyik. Biz inkişafın aparıcı qüvvələri olan qadınları, gəncləri, vətəndaş cəmiyyətini, jurnalistləri və sahibkarları dəstəkləyəcəyik. Hökumətlərin insan hüquqlarının müdafiəsi üzrə öhdəliklərinə riayət etməli olduğunda israr edəcəyik, harada baş verməsindən asılı olmayaraq, repressiyalara etiraz edəcəyik və kütləvi cinayətlərə qarşı müdafiə və lazım gələrsə, məsuliyyət üzərində çalışacağıq.

 –Həmişə olduğu kimi, bu şəraitdə ən etibarlı müttəfiqlərimiz digər demokratik ölkələr olacaq. Amma bütün dəyərlərimizi bölüşməyən hökumətlərlə münasibətlər qurmalı olduğumuz hallarda belə insan hüquqlarını və demokratik dəyərləri ucadan dəstəkləyəcəyik. Hüquq müdafiə fəaliyyətimizin müxtəlif tərəfdaşlarla ittifaq şəklində daha səmərəli olması sayəsində vətəndaş cəmiyyəti, dini liderlər, biznes, digər hökumətlər və beynəlxalq təşkilatlarla ittifaqlar quracağıq. Biz həmçinin informasiya və söz azadlığının məhdudlaşdırılması üzrə əks təsir göstərən səylərlə əlaqədar hüquqlara tələbat artdıqca, insanların eyni hüquqlardan və təhlükəsizlikdən zəmanətli olaraq yararlana bilməsi üzərində işləyəcəyik.

Strategiyada beynəlxalq sabitlik və təhlükəsizlik sisteminin elementləri kimi inkişaf etməkdə olan demokratiyalara ayrıca diqqət yetirilir:

– Birləşmiş Ştatlar diqqətini və resurslarını öz səylərini birləşdirə və daha demokratik və mötəbər idarəetmə sistemlərinə nail ola bilməsi üçün ölkələrə kömək göstərməyə yönəldir. Bizim diqqətimiz doğru istiqamətdə hərəkət edən ölkələrə yönəlir.

– Əsrin son rübündə meydanda öz hüquqlarını tələb etməkdən onların icrasına zəmanət verən institutların qurulmasına və demokratik dəyişikliklərə qədər yolda Şərqi Avropa, Latın Amerikası, Afrika və Şərqi Asiya ölkələri uğursuzluqlarla da qarşılaşıblar. Belə ki, məsələn, Ərəb dünyasında – demokratiya ənənələri daha zəif, siyasi elitaları daha nüfuzlu, müxtəlif konfessiyalar nümayəndələri arasında qarşıdurmalar və fəal ekstremistləri olan regionda yayılan üsyanların zəfərdən çox məğlubiyyətə düçar olmasında təəccüblü heç nə yoxdur. Bununla belə, Yaxın Şərqdə və Şimali Afrikada, eləcə də dissidentlərin süni susqunluğu ilə müşaiyət olunan sabitlik xülyası olan bütün digər ölkələrdə dəyişikliklər zəruridir.

Amma bu dəyişikliklərin nəticələri əvvəlcədən müəyyən olunmayıb. Buna görə biz demokratik dəyişikliklər zamanı yaranan uğurların dəstəklənməsi və çətinliklərin yumşaldılması üçün etibarlı dəstək, investisiya və ticarət, habelə siyasi, iqtisadi islahatların və təhlükəsizlik sahəsində islahatların həyata keçirilməsində kömək vasitəsilə yeni dəstək üsulları axtarmağa davam edəcəyik. Tam həcmdə dəyişikliklər həyata keçirməyən avtoritar ölkələrdə islahatları təşviq etməyə davam edəcəyik. Yaxşı idarəetmə hakimiyyət-cəmiyyət münasibətlərinin güclənməsini nəzərdə tutur. Vətəndaşların onların maraqlarına toxunan bu və ya digər qərarın qəbulunda səs hüququ olduqda hökumətlər ən yaxşı qərarlar qəbul etmək imkanına malik olur və vətəndaşlar onların həyata keçirilməsində, işlənib hazırlanmasında və müzakirəsində daha həvəslə iştirak edirlər.

– Korrupsiyanın dağıdıcı nəticələri aradan qaldırılmalıdır. İnformasiya mübadiləsi bizə korrupsiyaya uğrayan şəxsləri daha yaxşı müəyyən etmək imkanı versə də, qloballaşma onların korrupsiyanı xaricə ixrac etmək imkanlarını asanlaşdırıb, bu da qeyri-leqal maliyyə vasitələrinə qarşı mübarizə üzrə beynəlxalq standartların ciddi və ardıcıl tətbiqi zərurətini artırıb.

–Daha açıq, məsuliyyətli və hesabatlı idarəetmə məkanında bizim liderliyimiz açıq-aşkar göstərir ki, demokratiya sadə insanlar üçün daha yaxşı idarəetmə və inkişafı təmin edə bilər.

Vətəndaş cəmiyyətinə kömək haqqında qeyd olunur:

– Demokratiya təkcə seçkilərdən və ya idarəetmə institutlarından deyil, həm də insanlara öz liderlərini məsuliyyətə cəlb etmək və problemlərini həll etmək imkanı verən vətəndaş cəmiyyətindən asılıdır. İnsanlara maraqlarını təqdim etmək və qəzəblərini ifadə etmək üçün dinc vasitələr verən azad və çiçəklənmiş vətəndaş cəmiyyəti sabitliyə şərait yaradır və ekstremizmin amansızlığına qarşı mübarizə aparmağa imkan verir.

– İndiyədək bütün dünyada vətəndaş cəmiyyətləri və ayrı-ayrı fəallar problemlərlə qarşılaşır. Texnologiyalar fəallara və qeyri-dövlət qruplarına korrupsiyaya qarşı mübarizədən və hüquqi sistemin təkmilləşdirilməsindən təbiətin müdafiəsinə qədər bir çox məsələlərdə birləşmək imkanı verib. Amma avtoritar ölkələrin və hətta daha demokratik ölkələrin siyasi elitaları vətəndaş cəmiyyətinin imkanlarını məhdudlaşdırır. Bir qayda olaraq, məhdudiyyətlər vətəndaş cəmiyyətinin asılı olduğu xarici fondların fəaliyyətini qadağan edən yeni qanunlar və normalar vasitəsilə tətbiq olunur, LGBT kimi azlıqları kriminallaşdırır və ya müxalif siyasi qrupların azad dinc etirazlar keçirməsini məhdudlaşdırır. Birləşmiş Ştatlar vətəndaş cəmiyyətlərinə birbaşa yardım göstərməklə və vətəndaş hüquqlarını pozan qanun və normalardan imtinanın təşviqi ilə bu trendlərə müqavimət göstərir. Biz həmçinin informasiyaya çıxışı genişləndirən, öz nöqteyi-nəzərini ifadə etmək imkanı verən və bu mübarizədə bütün dünyada vətəndaş cəmiyyəti qruplarını birləşdirən texnologiyaları dəstəkləyirik.

Kütləvi zorakılıqdan müdafiə

Bilirik ki, kütləvi zorakılıq riski vətəndaşların əsas hüquq və azadlıqlarından məhrum olduğu, hökumətə nəzarət edə bilmədikləri və ya yoxsulluq və amansız münaqişə ilə qarşılaşdıqları yerdə yaranır. Biz hökumətin açıq-aşkar öz xalqını qorumaq və cəmiyyətdə kütləvi zorakılığın qarşısını almaq imkanının olmadığı hallarda bu məsuliyyətin beynəlxalq ictimaiyyətə keçməsi ilə bağlı beynəlxalq konsensusa dəstək ifadə edirik. Biz zorakılıqdan müdafiə və insan hüquqlarının ən pis pozuntularında təqsirli olanların məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edəcəyik, o cümlədən Amerika qanunları və heyətimizə dəstək üzrə öhdəliklər çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsinə dəstək vasitəsilə. Bundan başqa, milli gücün bütün alətlərindən istifadə edərək, kütləvi zorakılıqdan müdafiə və onun qarşısının alınması üzrə kollektiv tədbirlərimizi möhkəmləndirmək üçün müttəfiqlərimizi və tərəfdaşlarımızı birləşdirməyə davam edəcəyik.




Xəbərin oxunma sayı : 124




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap