![]() |
|














Prezident və birinci xanım Ağdamda - FOTOLAR
Tarix 27.03.25, 14:11 |
|

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma burada yaradılmış şərait barədə məlumat verib.
Sonra dövlət başçısı və birinci xanım yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.
Dövlət başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
Prezident İlham Əliyev: Sarıcalıya xoş gəlmisiniz.
Sakinlər: Siz də xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Sizi ürəkdən təbrik edirəm.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: İlk növbədə, qarşıdan gələn Ramazan bayramı və Sarıcalı kəndinin bərpası münasibətilə sizi təbrik edirəm. Yəni, bu gün ikiqat bayramdır. Bu bayram ərəfəsində kəndi istifadəyə vermək, keçmiş köçkünlərin sərəncamına vermək xüsusi hadisədir.
Bu yaxınlarda Novruz bayramını qeyd etmişik. Novruz bayramı ərəfəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakinləri ilə görüşmüşdüm, onlara evlərinin açarlarını təqdim etmişdim. Bu gün isə burada - Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşmək, əlbəttə ki, böyük xoşbəxtlikdir. Uzun fasilədən sonra siz doğma torpağınıza qayıtmısınız. Burada sizin üçün gözəl şərait yaradılıb.
Mən işğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və biz sizi öz doğma torpağınıza qaytaracağıq. Bu gün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək.
Ağdam şəhəri də, rayonun bütün kəndləri də mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı, bir dənə də salamat bina qalmamışdı. Bu, bir daha düşmənin xislətini göstərir, bizə tamamilə əsassız olan düşmənçiliyi göstərir. Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər. Çünki uzun illər işğal dövründə xarici vətəndaşlar Ağdam bölgəsinə, Ağdam şəhərinə, şəhərdən qalan o yerlərə gələ bilmirdilər. İşğala son qoyulandan sonra həm Azərbaycan vətəndaşları, həm xarici qonaqlar gəlməyə başladılar və gördülər ki, biz hansı düşmənlə üz-üzə idik. Yəni, işğal dövründə şəhər tamamilə söküldü, yerlə-yeksan edildi və Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Yəni, bu, misli görünməmiş vəhşilikdir. Mən bunu dəfələrlə demişdim, erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir. Biz Ağdamı yenidən qururuq və quracağıq. İndi genişmiqyaslı quruculuq işləri aparılır. İşğaldan sonrakı dövrdə bir çox önəmli infrastruktur obyekti istifadəyə verilib, ilk növbədə, yollar. Ağdam-Bərdə yolu yenidən quruldu. Heç sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam-Xankəndi yolu inşa edilir. Bu da Bərdə-Ağdam yolu kimi dördzolaqlı olacaq. Dəmir yolu çəkilir, yəqin ki, bu il istifadəyə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir. Mənfur düşmən bütün müsəlmanları, dünya müsəlmanlarını təhqir etmək üçün orada heyvan saxlayırdı. Birinci bərpa olunan bina Ağdam məscidi olmuşdur. Muğam Mərkəzi inşa edilir. “İmarət” Kompleksi bərpa edildi. Natəvanın qəbri bərpa olundu, düşmən tərəfindən dağıdılmış abidəsinin eynisi yenidən tikildi. Xaçınçay su anbarı yenidən quruldu. Düşmən onu da qurutmuşdu. Məktəb binası inşa edilir, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq bir neçə müəssisə orada fəaliyyət göstərir və bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Təbii ki, yaşayış evləri, bir neçə yaşayış kompleksi inşa edilir, bu il istifadəyə veriləcək.
Bununla bərabər, bölgənin turizm imkanları nəzərə alınaraq iki mehmanxana artıq fəaliyyətə başlayıb və həm Ağdam, həm Füzuli, həm ətraf bölgələrə xidmət göstərəcək. Bax, biz belə şəhər qururuq. Yadımdadır, işğaldan sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda mən demişdim, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq.
Bütün bunlar öz gücümüzə həll olunan layihələrdir, məsələlərdir. Azərbaycan dövləti bu gün bu işləri görməyə qadirdir. Mən təkcə Ağdam rayonunda gedən işləri sadaladım. Amma əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir.
İkinci Qarabağ müharibəsi təbii olaraq, tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq. Bildiyiniz kimi, müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatlar keçirilmirdi, çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə biz Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq və faktiki olaraq, düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın. Əks təqdirdə, bu bölgədə mühasirədə qalmış 10, bəlkə də 15 minlik Ermənistan ordusunun kontingenti tamamilə məhv ediləcəkdi. Yəni, yenə də Azərbaycan dövləti humanistlik göstərdi o ünsürlərə ki, onlar buna layiq deyillər. Çünki bizə qarşı heç bir humanistlik göstərilməmişdi. Bizə qarşı soyqırımı törədilmişdi. Xalqımız böyük əzab-əziyyətlərə məruz qalmışdır. Bizim şəhərlərimiz viran qoyuldu, kəndlərimiz, şəhərlərimiz dağıdıldı. Körpələrimiz, qadınlarımız vəhşi düşmən tərəfindən qətlə yetirildi. Amma mən müharibə zamanı demişdim, biz qisasımızı döyüş meydanında alırıq və almışıq.
İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Ağdamla bərabər, Laçın və Kəlbəcər rayonları da. Biz onsuz da bu torpaqları azad edəcəkdik, ancaq müharibə davam etsəydi, çoxlu itkilər olacaqdı. Biz ona görə müharibəni vaxtında dayandırdıq, ancaq öz siyasətimizdən bir addım geri atmadıq. Ondan üç il sonra tam nəzarəti ələ götürdük, suverenliyi, ərazi bütövlüyümüzü bərpa etdik və bu gün separatizmin kökü kəsildi. Bu gün burada insanlar rahat yaşayacaqlar, heç kimdən qorxmadan, ləyaqətlə yaşayacaqlar. Əminəm ki, xoşbəxt yaşayacaqlar. Çünki artıq həm torpaqlar geri qaytarıldı, eyni zamanda, xalqımızın milli ləyaqəti bərpa edildi. Ermənistan 30 il ərzində hər vəchlə çalışırdı ki, bir santimetr torpaq da bizə qaytarılmasın. Onun arxasında duran xarici qüvvələr də onlarla həmrəy idi, əlbir idi. Amma onlar bir şeyi nəzərə almamışdılar, o da Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və Ordumuzun qəhrəmanlığıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah Ordumuzun, Silahlı Qüvvələrimizin şəxsi heyətinin başını həmişə uca eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində bax, bu gün biz burada durmuşuq və bu gün bu gözəl bayram ərəfəsində görüş keçirilir.
Bundan sonra bərpa işləri davam edəcək. Sarıcalı kəndinin, sadəcə olaraq, birinci mərhələsinin inşası başa çatdı. Burada hazırda 200-dən çox ev var. Amma ikinci mərhələ başa çatandan sonra təqribən evlərin sayı 400-ə çatacaq. Yaşamaq üçün bütün şərait var. Gözəl, yaraşıqlı evlər, elektrik, su, qaz, istilik, gözəl məktəb, uşaq bağçası, tibb məntəqəsi, idman meydançası, ictimai xidmət yerləri, hətta bazar kompleksi də var. Evlərin həyətyanı sahəsi də kifayət qədər böyükdür - 12 sot. Eyni zamanda, ətraf ərazilərə su veriləndən sonra o torpaqlarda da əkin-biçin işləri aparmaq mümkün olacaq. Sərsəng su anbarı və Suqovuşan su anbarı bu imkanı bizə yaradacaq. Sadəcə olaraq, vaxtilə inşa edilmiş kanallar bərpa edilməlidir. Bu istiqamətdə də iş gedir. Yaxşı bilirsiniz, həm Sərsəng, həm Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmişdi ki, o cümlədən Ağdam və bir neçə ətraf rayon suvarma suyu ilə təmin olunsun. İşğal dövründə düşmən suyumuzu da kəsmişdi. İndi biz öz su resurslarımıza da sahib olduq. Xaçınçay su anbarı artıq bərpa edilib və Suqovuşandan gələn kanal vasitəsilə Ağdamın bütün ərazisi və qonşu rayonların əraziləri suvarılacaq. Bu gün təqribən 100 min hektar suvarılmayan torpağa su gətiriləcək.
Ona görə Ağdam rayonunda yaşayacaq vətəndaşlar buna hazır olmalıdırlar. Burada işlə təmin etmək üçün lazımi addımlar atılır, eyni zamanda, kənd təsərrüfatı da sahibkarlar tərəfindən inkişaf etdirilməlidir.
Bir daha sizi ürəkdən təbrik edirəm, cansağlığı arzulayıram. Xoşbəxt yaşayın.
Sakinlər: Çox sağ olun.
X X X
Daha sonra açarların təqdim edilməsi mərasimi oldu və xatirə şəkilləri çəkdirildi.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma burada yaradılmış şərait barədə məlumat verib.
Qeyd edək ki, Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də Sarıcalı kəndidir.
Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb.
Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.
Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.
Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışında iştirak ediblər.
Kəndin girişində inşa edilmiş bu binada bir sıra qurumlar fəaliyyət göstərəcək. Bu isə öz növbəsində əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə imkan yaradacaq. Binada müxtəlif iclas və iş otaqlarında işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün bütün şərait mövcuddur.
Qeyd edək ki, kənddə inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, birinci mərhələ üzrə buraya 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır. Artıq 203 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beş otaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.
x x x
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, müasir standartlara uyğun inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi və onların sağlam mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafının təmin edilməsi, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması kimi meyarlara xüsusi diqqət yetiriləcək. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək.
Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.
Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların vətənpərvər, bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti mühüm işlər görür. Bu məsələ işğaldan azad edilmiş ərazilərimizdə də diqqət mərkəzində saxlanılır. Bu bölgələrimizdə bir çox uşaq təhsil-tərbiyə müəssisələrinin yaradılması prosesinin geniş vüsət alması bunu aydın nümayiş etdirir.
x x x
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd tam orta məktəbinin binasının açılışında iştirak ediblər.
Bildirilib ki, 14 sinif otağı olan 360 şagird yerlik məktəbdə təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımı şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
Məktəbin ərazisində idman meydançası inşa olunub. Bu idman qurğusundan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.
Qeyd edək ki, 30 ilə yaxın davam etmiş işğal nəticəsində həmin rayonlardakı təhsil müəssisələri də tamamilə dağıdılıb. İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm və ardıcıl işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da öz əksini tapıb. Yeni məktəb binalarının inşası işğaldan azad olunmuş ərazilərimizə köçən şagirdlərin savadlı və bilikli yetişməsi məsələsinə Azərbaycan dövlətinin nə qədər həssaslıqla yanaşdığını aydın nümayiş etdirir.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
AzFakt.com xəbər verir ki, dövlət başçısı və birinci xanım burada görülən işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunan fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.
































































Xəbərin oxunma sayı : 652
Sosial
Xəbərlər
-
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 107 il ötür
-
La Liqada ayın ən yaxşı oyunçusu açıqlandı - Bu, Mbappe deyil
-
64 yaşlı şirkət rəhbəri özünü komitə işçisi kimi təqdim edib - İş adamları zərərçəkmişdir
-
“Mahal“ MMC tikinti şirkəti sakinlər evdə olarkən mənzilləri sökür? - VİDEO
-
“Son 10 günündə baş verən küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdidir” - Ərdoğan
-
Taksi sürücüləri AYNA-nın qaydalarına etiraz olaraq işə çıxmaqdan imtina edirlər - VİDEO
-
Xocalı soyqırımı erməni vəhşiliyinin bariz nümunəsidir
-
Masazırda heyvan qanı kanalizasiya suyuna qarışaraq küçəyə axır - VİDEO
-
“Netanyahu Orbanla qəzzalıların köçürülməsini müzakirə edəcək“ - The Times of Israel
-
İmamoğlunun telefonu araşdırıldı - Digər şübhəlilərlə əlaqəsi olub
-
“Putinə əsəbiləşmişəm” - Trampdan xəbərdarlıq
-
Aksesuar kimi aldığı patron başına iş açdı - Toğrul hava limanında saxlanıldı
-
Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Paytaxtın Səbail rayonunda yaşayış binasında yanğın olub - VİDEO
-
Ermənilər tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı həyata keçirmişlər
-
15 kq narkotikə görə 13 il həbs - “TikTok“dakı iranlı 3 min vəd etmişdi
-
Türkiyə Azərbaycanda sülh və təhlükəsizliyə mühüm töhfə verir - Ərdoğan
-
“Bakıya bilet tapa bilmədim” - Allahşükür Paşazadə
-
11 yaşlı Uğurun köməyə ehtiyacı var - Fotolar
-
“Ağdam şəhəri ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək“ - Vüqar Rəhimzadə
-
“Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır“ - Türkiyə XİN
-
İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı - Ramazan bayramı təbriki
-
Ermənistan ordusu təxribat törətdi, qarşısı alındı - Rəsmi açıqlama
-
Azərbaycan bu ölkəyə investisiyalarını 1 ildə 6900 dəfədən çox artırıb
-
Tayvan ABŞ-dan ilk F-16 qırıcısını aldı - Pekin hiddətləndi
-
“Kartdan kart“a köçürmə dayandırılır: Aprelin 1-dən yeni qayda tətbiq olunacaq
-
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü başlayır - FOTO
-
Biləsuvarda polis əməliyyat keçirdi - Narkotik və silah-sursat aşkarlandı
-
Ceff Bezos evlənir - Milyon dollarlıq toyun təfərrüatları
-
Allahşükür Paşazadənin səhhətində problem yaranıb - Bayram namazına qatıla bilmədi
-
Pentaqon rəhbərinin imzaladığı gizli sənəd: Əsas təhdid Çindən gəlir...
-
“Başladığımız işləri davam etdiririk” - Ərdoğan
-
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi İlham Əliyevi TƏBRİK ETDİ
-
10 aylıq Muradın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var - FOTO
-
Putinin İnzibati İdarəsinə məxsus lüks maşın yandı - VİDEO
-
Suriyada yeni nazirlər and içdi - Aralarında tək qadın nazir odur
-
Bakıda bayram namazı qılınıb - FOTOLAR
-
Yarım milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - ANBAAN VİDEO
-
Qrenlandiya mütləq Amerika olacaq - Tramp
-
Mehriban Əliyevadan bayram təbriki - FOTO
-
Azərbaycanda Ramazan bayramı qeyd olunur
-
Ən bahalı futbolçuların rəmzi komandası - SİYAHI
-
Abşeronda mağaza satıcısına qarşı quldurluq edilib - VİDEO
-
Musiqi müəllimləri imtahan adıyla kütləvi ixtisara salınır - Cəsarət Valehovdan şikayət
-
Ramazan bayramından sonra qidalanma necə olmalıdır? - AQTA-dan açıqlama
-
Amerikadan Azərbaycana gətirilən avtomobillər bahalaşa bilər - VİDEO
-
“Qrenlandiya satılmır!” - ABŞ-a belə cavab verdilər
-
Bu binanın sakinləri qorxu içində yaşayırlar - Səbəb uçqun təhlükəsidir
-
Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
-
Kartof niyə sürətlə bahalaşır? - Sabiq deputat “monopoliya var“ deyir
-
Prezidentdən Ramazan bayramı ilə bağlı paylaşım - FOTO
-
Bakıda sərnişin avtobusu iki maşınla toqquşdu - VİDEO
-
Yasamalda daha bir şirkət evləri mühasirəyə alıb: “RR Construction”dan şikayət
-
Azərbaycanda kiberhücumlar artıb: Boşluqlarımız nədir?
-
Myanmada zəlzələdə ölənlərin sayı 1700-ə çatdı - 3400-dən çox yaralı var
-
Azərbaycan və Türkiyə Prezidentləri telefonla danışdı - Ramazan bayramı təbriki
-
Bakıda müstəmləkəçiliyə qarşı mübarizə aparanlara dəstək üçün fləşmob keçirilib - Fotolar
-
Şahbaz Şərif İlham Əliyevi təbrik etdi - Ramazan bayramı münasibətilə
-
Mask ən ucuz qiyməti Azərbaycanda tətbiq edib - ŞOK rəqəmlər
-
Yemək zamanı su içmək zərərlidir? - Həkim DANIŞDI
-
“Bakı Metropoliteni“ blogerlərin yuvasına çevrilir - Vüsal Aslanov bu dəfə Nəsrullaha vəzifə verdi
-
Tailand və Myanmadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətədanşları var? - RƏSMİ
-
“Melissa Group”un rəhbərinə verilən ittiham məlum olub - 7 ilədək həbs edilə bilər
-
İlon Maskdan Azərbaycanla bağlı paylaşım - FOTO
-
Prezident Şəfiqə Məmmədovanı “İstiqlal” ordeni ilə təltif etdi - FOTOLAR
-
Tələbə dəm qazından zəhərlənərək ölüb - Naxçıvanda
-
Məhkəmə harın sahibkarı həbbsə göndərdi - Qalib Məmmədov barədə həbs qətimkan tədbiri seçildi
-
26° isti olacaq -Bayram gününün havası
-
Bakıda həbsdən çıxmış şəxs viski oğurladı - yenidən saxlanıldı
-
Mask ABŞ-nin baş kəşfiyyatçısı ilə görüşəcək - SƏBƏB
-
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
31 minə aldığı ev başqasının çıxdı... - VİDEO
-
Azərbaycan hava limanlarında yaz-yay mövsümü - Cədvəl
-
Starlink Azərbaycanda - Rəsmən açıqlandı
-
Prezidentdən Şəfiqə Məmmədova ilə bağlı - Sərəncam
-
Ötən il Azərbaycana ən çox pul köçürən ölkələr - SİYAHI
-
Myanmada zəlzələdə ölənlərin sayı 1000-ə çatdı - 2400 yaralı
-
“Bu, İran üçün pis olacaq” -Donald Tramp
-
Şuşa və Xankəndidə Ramazan günlərində iftar çadırları qurulub - Fotolar
-
“Ən yaxşı məsləhətçim həyat yoldaşımdır” - Zelenski
-
Arıqlama dərmanı adı altında satılan təhlükəli preparatlar - SİYAHI
-
Baxçada işləyənlər sertifikasiyaya cəlb olunacaq - VİDEO
-
“Səhnə mənim məbədimdir“ - Aybəniz Haşımova
-
Dünya çempionatına vəsiqə qazandı, amma oynamaya bilər – İranı nə gözləyir?
-
Bakıda həbsdən çıxmış şəxs viski oğurladı - yenidən saxlanıldı
-
Ukrayna ABŞ-nin hərbi yardımını borc kimi tanımayacaq - Zelenski
-
Dağıdılan evin sakinlərinin aqibəti necə olacaq? - VİDEO
-
Bank kartlarınız cinayət işlərində istifadə oluna bilər - VİDEO
-
“Ana müxalifət artıq Qərbə yalvarır“ - Ərdoğan
-
Kredit faizlərinin ən yüksək olduğu rayonlar - SİYAHI
-
“Minsk Qrupunun artıq heç bir rolu qalmayıb” - Metyu Brayza
-
Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı
-
“ Avropa İttifaqı ABŞ-la tarif danışıqları üçün güzəştlərin siyahısını hazırlayır“ - Bloomberg
-
“İsrailin Beyruta endirdiyi zərbələr atəşkəsi pozur“ - Makron
-
Quzu ətindən baha olan quzuqarnı: “Qiyməti 60 manatdır“VİDEO
-
Azərbaycanda şok hadisə: Kişi 11 yaşlı qardaşı qızını zorlayıb
-
“Yeni Klinika“nın direktoru həkimlərə “şərəfsiz“ dedi, sərt cavablar aldı - “Səhiyyə makleri”
-
Saç boyaları sonsuzluğa səbəb olur? - VİDEO
-
Aİ-nin “müşahidə missiyası” binoklla ərazilərimizə baxdı - VİDEO
-
Uşağını itələyən şəxsə görə toya dava saldı - “Dan ulduzu”nda hadisə
-
Nizaminin icra başçısından “bayram fürsəti” - Məktəb ərazisindəki qanunsuz tikinti nədən “görməzliyə vurulur”?
-
Ayaqqabı sexinin işçisi, menecer və... - KTN-də bu şəxslərə yüksək vəzifələr verildi
-
Evində su qızdırıcısı partlamışdı - 13 gün sonra öldü
-
“Melissa Group”un daha bir özbaşınalığı üzə çıxdı - VİDEO
-
Vurğun evlənmək adı ilə tanış olduğu xanımı aldatdı - Özünü “Akınsoy” kimi təqdim edib
-
Azərbaycan “Avroviziya“da nə vaxt çıxış edəcək? - SİYAHI
-
Prezident Azərbaycan xalqını təbrik etdi
-
Dəhşətli zəlzələdə turistlər belə xilas edildi - VIDEO
-
Təkcə eşşəklərin sayı azalmayıb - İqtisadçı ekspert
-
Azərbaycan Suriyada kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edib - Fotolar
-
Sənədsiz evlər probleminin həlli niyə gecikir? - Açıqlama
-
“Ər-Riyaddakı danışıqlar o qədər də səmərəli olmayıb“ - Karasin
-
Dövlətə xəyanətdə təqsirləndirilən Rəsulovlara hökm oxundu - 15 il
-
“Azərbaycanda dövlət maliyyələşdirməsi dayanıqlılığını qoruyur“ - ING
-
“Fərhad Əhmədov mənə bir milyon dollar bağışlayıb“ - Hacı Qalib
-
“Trampın məktubunda təhdidlər var” - İran XİN
-
Bakıda 19, rayonlarda 24 dərəcə isti olacaq - Sabahın havası
-
Evi başına uçurdulan vətəndaş şirkətdən 2 milyon manat istəyib? - Açıqlama
-
Ərdoğanla Putin telefonda danışdı - Suriyə və Ukrayna məsələləri müzakirə edilib
-
Bayram namazının vaxtı açıqlandı - 30 mart
TOP 10
ARXİV