“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Prezident yeni icra başçılarını qəbul edib - “ İnsanlar sizdən razı olsalar, mən də razı olacağam“

Tarix 21.05.20, 17:11

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.

AzFakt.com xəbər verir ki, dövlət başçısı videoqəbulda çıxış edib.

“Mən sizi bu gün Ağstafa və İmişli rayonlarının icra başçısı vəzifəsinə təyin edirəm. Sizə böyük etimad göstərilir. Siz bu etimadı öz işinizlə doğrultmalısınız”, - Prezident İlham Əliyev bildirib. 

Prezident deyib ki, əgər icra başçısı öz vəzifə borcunu yerinə yetirmirsə, əksinə, insanları incidir, insanların əmlakına göz dikir, kimsəsiz insanlara çatacaq yardımı oğurlayır, ictimai işlərə cəlb edilmiş insanların ödəniş kartlarını oğurlayır, talançılıqla, rüşvətxorluqla, korrupsiya ilə məşğul olursa onda insanlar hansı fikirdə ola bilərlər?!

“Siz işdə də, məişətdə də nümunə göstərməlisiniz və elə işləməlisiniz ki, insanlar sizdən razı olsunlar. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam. Ona görə vəziyyəti dərindən təhlil edin, həllini gözləyən məsələləri həll etmək üçün səylər göstərin və gücünüz çatmayan işlərin həll edilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq dövlət orqanlarına müraciət edin”, - deyə dövlət başçısı vurğulayıb.



Xəbərin oxunma sayı : 610




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap