![]() |
|














Prezident yeni mərkəz və yolun açılışını etdi, məktəbdəki şəraitlə tanış oldu – Bakıda + Fotolar
Tarix 14.09.19, 0:27 |
|
185.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.
AzFakt.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yenidənqurma tədbirləri barədə məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 mart tarixli müvafiq Sərəncamına əsasən Bakının Nərimanov rayonu ərazisində şəhər əhəmiyyətli Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb və bu işlər qısa müddətdə yüksək səviyyədə yerinə yetirilib. Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsində, həmçinin, Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən yollarda yeni və müasir yol infrastrukturu yaradılıb. Yenidən qurulan yolların ümumi uzunluğu 6 kilometrdir.
Paytaxtda yeni yolların salınması, yolötürücülərin, yeraltı və yerüstü piyada keçidlərinin, çoxmərtəbəli avtomobil dayanacaqlarının layihələndirilməsi və tikilməsi, mövcud yol qurğularının təmiri və yenidən qurulması sahəsində silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər görülən işlər nəticəsində paytaxtda və ətraf qəsəbələrdə yeni alternativ yol infrastrukturları formalaşdırılıb, şəhərin mərkəzindən bir sıra istiqamətlərə, o cümlədən ətraf qəsəbələrə rahat və sürətli gediş-gəliş təmin edilib, müəyyən qisim yollarda avtomobillərin hərəkətində məhdudiyyətlər və ləngimələr aradan qaldırılıb, bəzi yolların buraxılış qabiliyyəti artırılıb, yoldan istifadə asanlaşıb, paralel yeni yollar açılıb və sair irəliləyişlərə nail olunub. Ümumilikdə, 2003-cü ildən bəri respublikamızda 16 min kilometrdən çox avtomobil yolu yenidən qurulub, bərpa və təmir edilib. Bunun 500 kilometrdən çox hissəsi 2019-cu ilin 8 ayında reallaşdırılıb. Bu ilin sonuna ölkəmizdə yenidən qurulan, bərpa və təmir edilən yolların uzunluğu 17 min kilometrdən çox olacaq. 2003-cü ildən bəri təkcə Bakıda avtomobil yollarının 1500 kilometrdən çox hissəsində yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib. Bunun 200 kilometrdən çoxu 2019-cu ilin 8 ayında reallaşdırılıb.
Sonda xatirə şəkli çəkdirilib.

Sentyabrın 13-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub.
AzFakt.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Təhsil naziri Ceyhun Bayramov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verib.
Bildirilib ki, Təhsil Nazirliyi və Koreya Respublikasının “KT Konsorsium” şirkəti arasında imzalanan saziş əsasında 2016-cı ildə yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrlar hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir.
Mərkəzdə sənaye qurumlarında istehsal proseslərini təşkil edən və innovativ texnologiyalarla işləmək bacarığına malik olan mütəxəssislərin hazırlanması nəzərdə tutulur.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə yaxından tanış olub.
Bildirilib ki, Mərkəz Koreya Respublikasının peşə təhsili modeli əsasında qurulub. Mərkəzdə nəzəri və praktiki bacarıqların formalaşdırılması üçün bütün şərait yaradılıb. Burada təhsil alanlara avtomobilə texniki xidmət göstərməkdən tutmuş İKT-nin yenilikləri əsasında formalaşan modellər öyrədiləcək. Ən müasir maddi-texniki baza ilə təchiz edilən mərkəz 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanını nəzərdə tutur. Tədris prosesi tam yeni formatda Koreyada təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunacaq. Bu ixtisaslar üzrə təhsilini başa vuran tələbələr üçün davamlı təhsil və geniş iş imkanları yaradılacaq. Onlar öz ixtisaslarını praktiki şəkildə reallaşdırmaq bacarıqları və vərdişlərinə yiyələnəcəklər. Səkkiz texniki ixtisasla yanaşı, Mərkəzdə qısamüddətli ixtisasartırma kursları da təşkil olunacaq. Həmçinin tələbələr beynəlxalq sertifikatlı kurslarda iştirak edə biləcəklər.
Bu cür peşə məktəblərinin istifadəyə verilməsi ali məktəblərə qəbul ola bilməyənlər üçün çox mühüm əhəmiyyət kəsb edir. Ali məktəbə qəbul ola bilməyən məzun belə peşə məktəbinə daxil olmaqla peşə vərdişlərinə yiyələnərək gələcəkdə istədiyi sahədə çalışa bilər. Bu cür layihələrin icrası peşə təhsilinin inkişafına töhfə verməklə yanaşı, məşğulluğun artırılmasında da mühüm rol oynayır.
Dövlət peşə təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasının təmin edilməsi və peşə təhsilinin inkişafında maliyyələşmə mexanizmi rolunu oynamasının həyata keçirilməsi məqsədilə Peşə Təhsilinin İnkişafı Fondu yaradılıb, peşə təhsili sahəsində bir sıra normativ hüquqi aktlar hazırlanıb. Peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə həyata keçirilən peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və optimallaşdırılması, müasir standartlara cavab verən pilot peşə təhsili müəssisələrinin qurulması Yol Xəritəsində qarşıya qoyulan mühüm vəzifələrdəndir.
2018-ci ildə regionlarda və Bakıda fəaliyyət göstərən 55 peşə təhsili müəssisəsinin bazasında 24 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Qeyd olunan istiqamətdə daha iki mərkəzin yaradılması nəzərdə tutulub. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi artıq publik hüquqi şəxs statusu alıb. Digər Peşə Təhsili mərkəzlərinin də publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsi istiqamətində hazırlıqlar gedir. Bununla yanaşı, “Azərbaycan peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ilkin mərhələdə 2020-ci ilədək müxtəlif istiqamətli 10 pilot peşə təhsil müəssisəsinin qurulması hədəf kimi müəyyənləşdirilib. Strateji Yol Xəritəsinə əsasən, pilot peşə təhsili müəssisələrinin müasir standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərməsi üçün onların əsaslı təmiri və ya yeni peşə təhsili müəssisələrinin tikintisi nəzərdə tutulur. Dövlətimizin başçısının Sərəncamına əsasən, 2018-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında və işlək peşə təhsili modelinin qurulmasında işəgötürənlərlə birgə əməkdaşlıq bu sahənin inkişafı üçün mühüm önəm kəsb edir. Ümumilikdə bu il ərzində peşə təhsili müəssisələrinin 420 nəfərlik mühəndis-pedaqoji heyəti üçün 29 təlim həyata keçirilib. Peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilib.
Bütün bunlar isə peşə təhsili sahəsinə birbaşa müsbət təsir göstərməklə özünü gələcəkdə müxtəlif sahədə mütəxəssis kimi sınamaq istəyənlərə geniş imkanlar açır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub.

AzFakt.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və məktəbin direktoru Məlahət Əsədova dövlət başçısına görülən işlərlə bağlı məlumat veriblər.
Prezident İlham Əliyev: Bu məktəb əsaslı təmir olunub?
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov: Xeyr, sökülüb, yenidən tikilib. Üç il fəaliyyətsiz olub.
Bildirilib ki, məktəbin binası 1938-ci ildə istifadəyə verilmişdi. O zaman 360 yerlik binada ümumilikdə 2 növbədə 800 şagird təhsil alırdı. Bu təhsil ocağı qəzalı vəziyyətdə olduğundan fəaliyyətini dayandırıb və müvəqqəti olaraq 140 saylı tam orta məktəbdə fəaliyyət göstərib. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbir Planına əsasən, 2019-cu ilin mayında məktəbin mövcud binası sökülərək yerində yenisi inşa olunub. 360 şagird yerlik yeni məktəb binası müasirliyi ilə seçilir. Burada müxtəlif fənn otaqları bütün zəruri inventarla təchiz olunub. Bir sözlə, təhsil müəssisəsində şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri, müəllimlərin isə pedaqoji fəaliyyətlə yüksək səviyyədə məşğul olmaları üçün hərtərəfli imkanlar var.
Qeyd edilib ki, məktəbdə hazırda 320 şagirdin təlim-tərbiyəsi ilə 31 nəfərdən ibarət pedaqoji kollektiv məşğuldur. Son 10 ildir ki, məktəbin şagirdlərinin 70-80 faizi ali təhsil ocaqlarına qəbul olur. Şagirdlər müxtəlif bilik, idman yarışlarında, olimpiadalarda təhsil ocağını layiqincə təmsil edirlər. Bu təhsil ocağının 10-cu sinif şagirdi güləş üzrə Avropa çempionudur.
Azərbaycanda dövlət səviyyəsində təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sferada innovativ üsulların tətbiqi məsələsinə daim xüsusi diqqətlə yanaşılır. Son illərdə çoxlu sayda yeni məktəb binasının və korpusların inşası, mövcud təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir. Bütün bunlar bir daha sübut edir ki, insan kapitalının formalaşmasında müstəsna rola malik olan təhsil sahəsinin inkişafına ölkəmizdə ən yüksək səviyyədə diqqət göstərilir. Bu isə gənc nəslin bilikli, savadlı və intellektual səviyyədə yetişməsində, həmçinin müəllimlərin təlim-tədris prosesini müasir şəraitdə aparmasında mühüm rol oynayır.
Prezident İlham Əliyev: Təbrik edirəm. Sizə uğurlar arzulayıram.
Məlahət Əsədova: Cənab Prezident, şagirdlər və valideynlər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun ki, kənd yerində belə bir gözəl məktəb tikdirmisiniz.
Prezident İlham Əliyev: Şəhərimizin hər bir yerində məktəblər tikilir, əsaslı təmir olunur, bu proqram uğurla icra edilir. Bu məktəbin yenidən tikilməsi bizim siyasətimizi əks etdirir. Təhsil sahəsinə göstərilən diqqət, eyni zamanda, infrastrukturun yaranmasında da özünü əks etdirir. Valideynlərə də, müəllimlərə də salam söyləyin. Sağ olun.
Məlahət Əsədova: Sağ olun cənab Prezident.
Xəbərin oxunma sayı : 349
Sosial
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV