Azərbaycanlı model ağılları başdan aldı - FOTOLAR Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTOLAR Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 08 Dekabr 2019

    Azərbaycanlı model ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Noyabr 2019

    Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto

  • / Maqazin / — 02 Noyabr 2019

    Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTOLAR

  • / Maqazin / — 17 Oktyabr 2019

    Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR

  • / Maqazin / — 16 Oktyabr 2019

    Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO

  • / Maqazin / — 15 Oktyabr 2019

    Afaq yenə alt paltarında fotolarını yaydı – FOTOLAR

Prezident yumşaldı, söyüşcül icra başçılarına orden verdi - Əvvəl “vicdansız”, “satqın”, “səviyyəsiz” demişdi...

Tarix 02.09.19, 14:13

Font ölçüsü : - / +
bitmap-img6


Özbəkistan prezidenti Şövkət Mirziyoyev Müstəqillik Günü ərəfəsində bir sıra məmurların və ictimai xadimlərin orden və medallarla təltif edilməsi haqda fərman imzalayıb.

Virtualaz.org özbək mənbələrinə istinadən xəbər verir ki, siyahıda dövlət başçısının bu yaxınlarda sakinlərin evlərini sökdükləri üçün bərk danladığı bəzi icra hakimləri də yer alır.

Belə ki, Fərqana və Əndican vilayətlərinin icra hakimləri Şuxrat Qəniyev və Şuxrat Abdurahmanov “Əmək şöhrəti” ordeni ilə təltif olunublar. Bu icra hakimləri həm də tabeçiliklərindəki məmurları küçə söyüşləri ilə söyməsi ilə məşhurdur.



Avqustun 2-də isə prezident Mirziyoyev videoselektor müşavirəsi zamanı Fərqana vilayətinin başçısı Şuxrat Qəniyevi satqınçılıqda ittiham etmişdi, bildirmişdi ki, onunla birlikdə “böyük işlər” görmək mümkün deyil.

Prezidentin qəzəblənməsinin səbəbi Fərqana vilayətinin Riştan rayonunda evlərin kütləvi sökülməsi və nəticədə əhalinin kütləvi narazılığı idi.

“Sən də Ermanov kimi (Farxod Ermanov Xorəzm vilayətinin icra hakimidir,-red.) vicdansızsan, evlərin sökülməsi haqda axmaq qərar vermisən. Bu söküntüdən əvvəl yaxşı olardı ki, öz başını söküb atasan. Bəyəm mən bu qədər vaxtda səni buna görə yetişdirmişdim? Sən bütün Özbəkistanı biabır etmisən...Vicdansız, mən sənə Riştan üçün pul ayırdım ki, rayonu abadlaşdırasan, amma əvvəlcə insanlarla razılaşasan. Ermanov vilayətə təzə başçılıq edir, amma sən və Ruziyev satqınlarsınız. Bəyəm sizinlə böyük işlər görmək olar? Heç vaxt!”,-Mirziyoyev demişdi.

Prezident daha sonra insanları narazı salan icra hakimlərindən tələb etmişdi ki, çıxıb internetdə üzr istəsinlər. Onlar da buna əməl ediblər və sakinləri yığaraq üzr istəyiblər, müvafiq videonu internetdə yayıblar...





Xəbərin oxunma sayı : 508

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda