Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Prezidentin açılışına gedəcəyi yol siyahıdan çıxarılıb - Lerikdə

Tarix 19.09.18, 12:51

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrda ölkə başçısı İlham Əliyevin Lerik rayonuna səfəri gözlənilir. Səfər zamanı ölkə başçısının bir sıra obyektlərin açılışında iştirakı nəzərdə tutulub. Amma 16.6 milyon manata başa gələn və açılışı olmadan dağıldığı iddia olunan Noda-Şingədulan-Xanagah yolu rəsmi açılış siyahısından çıxarılıb.

Bunu Lerik rayon sakinləri deyiblər. Onların sözlərinə görə, artıq prezidentin sentyabr ayında gözlənilən səfəri ilə bağlı hazırlıq işləri görülür.

İlham Əliyevin səfərindən öncə Prezident Adminstrasiyasından gələn komissiya rəsmi açılışa salınan obyektlərə də baş çəkib və dağılmış Noda-Şingədulan-Xanagah yolu rəsmi açılış siyahısından çıxarılıb, çünki yol tamam sıradan çıxıb, bərpa işləri də nəticə verməyib.

Bu yolun əvəzinə isə 2018-ci ildə yenidən qurulması üçün vəsait ayrılan Piran–Hamarat–Vjaker avtomobil yolunun bir hissəsi rəsmi açılış protokoluna salınıb.

"Yol yoxdur. Bakıdan gələn nümayəndələr deyiblər ki, prezidentə buranı göstərmək olmaz. Burada yol yoxdur. 16 milyon manat hara xərclənib? Bu yolu bərpa etmək üçün yenidən 10 milyon manat vəsait lazımdır”, - adının açıqlanmasından çəkinən sakinlər deyir.

30 min nəfər əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə üç dəfə vəsait ayrılıb.

Belə ki, ilk dəfə prezident İlham Əliyevin 14 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə 2 milyon manat, 19 avqust 2014-cü il tarixli Sərəncamı ilə isə yolun tikintisinə əlavə olaraq, 7 milyon manat vəsait Lerik Rayon İcra Hakimiyyətinə ayrılıb.

Amma bu dəfə də yolun tikintisi başa çatmayıb. Yol Noda kəndindən Ağçay kəndinə qədər çəkilib və dayandırılıb.

1 noyabr 2016-cı il tarixdə üçüncü dəfə Prezidentin növbəti sərəncamı ilə Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon manat ayrılıb.

Ümumilikdə isə yolun tikintisinə 16.6 milyon manat vəsait ayrılıb. Layihəyə əsasən 2013-cü ildən tikintisinə başlanılmış yol torpaq yatağı 10 metr, eni 6 metr ikizolaqlı asfalt – beton qarışığından tikilməli, 2017-ci ildə isə təhvil verilməli idi.

Yolun tikintisini isə indiyə qədər İcra Hakimiyyətinin sifarişi ilə Almaniyanın "Vertgen” şirkətinin Azərbaycan üzrə təmsilçisi kimi təqdim edilən "Yoltikintinəqliyyatservis” MMC həyata keçirib.

"Yoltikintinəqliyyatservis” MMC 2007-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçib. MMC-in təsisçisi Fuad İbrahim oğlu Muxtarzadədir.

Şirkət cənub bölgəsində yol çəkilişində aktiv iştirak edir, bir neçə dəfə tenderi udub.

İcra başçısının müavini Habil Məlikov yolun rəsmi açılışının olmayacağını təsdiqləyib.

"Yolun inşaatı tam yekunlaşmayıb. Müəyyən problemlər var. Bizdə bir neçə yol var: kənd ara yolları, 36 kilometrlik Noda-Şingədulan-Xanagah və Piran–Hamarat–Vjaker avtomobil yolu. İki yol açılışa hazırdır, amma Noda-Şingədulan-Xanagah yolu hələ hazır deyil. Ona görə də prezidentin səfəri zamanı bu yolun açılışı olmayacaq. Təbii fəlakətlər zamanı o yolda problemlər yaranıb, hazırda iş gedir”, - Məlikov bildirib.(Meydan TV)


Prezidentin açılışına gedəcəyi yol siyahıdan çıxarılıb-
Prezidentin açılışına gedəcəyi yol siyahıdan çıxarılıb-
Prezidentin açılışına gedəcəyi yol siyahıdan çıxarılıb-




Xəbərin oxunma sayı : 343




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap