![]() |
|














Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti - SİYAHI (FOTOLAR)
Tarix 12.07.20, 14:02 |
|
6409.jpg)
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun böyük varidatı ilə bağlı mətbuatda məlumat yayılıb.
AzFakt.com xəbər verir ki, "Hürriyyət" qəzetinin hazırladığı materialda keçmiş başçının çoxsaylı mülklərinin siyahısı da dərc edilib.
Mövzunun aktuallığını nəzərə alaraq, həmin materialı təqdim edirik:
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) müxtəlif rayonların icra hakimiyyətlərində, eləcə də rüşvət və korrupsiya bataqlığında boğulan digər dövlət idarələrində həyata keçirdiyi əməliyyatlar bir çox məmurun yuxusuna haram qatıb. Təbii ki, söhbət illərdir korrupsiya və rüşvət yolu ilə dövlətin on milyonlarla manat vəsaitini talan edən məmurlardan gedir.
Təsadüfi deyil ki, DTX-nın bu əməliyyatlarından sonra həbs növbəsininin bir gün onlara da çatacağından əndişəyə düşən əksər vəzifəli şəxslər öz əmlaklarını, xüsusən də villalarını və bahalı maşınlarını satışa çıxarıb, yaxud da başqasının adına sənədləşdiriblər. Onlar bununla həbs olunan icra başçılarından fərqli olaraq, guya "təmiz” işlədiklərini, sadə vətəndaşlar kimi həyat tərzi sürdüklərini nümayiş etdirməyə çalışırlar. Əslində isə, kimin illərdir necə işlədiyi, hansı qanunsuzluqları etdiyi ölkə rəhbərliyinə və aidiyyəti qurumlara, o cümlədən də mediaya çox yaxşı bəllidir…
Şübhəsiz, hakimiyyətdəki yüksək rütbəli çinovniklərə, müxtəlif qruplaşmalara arxalanaraq öz qanunsuz əməllərini davam etdirən vəzifəlilər də az deyil. Məsələn, hazırda elə rayon rəhbərləri var ki, onların sərvəti həbs olunan icra başçılarının sərvətindən nəinki on, hətta yüz dəfələrlə artıqdır. Amma bu adamlar ölkə başçısının başlatdığı islahatlardan dərc çıxarmaq əvəzinə, özlərini hələ də "toxunulmaz” hesab edir, qanunsuz əməllərinin sayını günbəgün artırırlar.
Çox təəssüf ki, bu və ya digər səbəbdən onların talançılığı haqda aidiyyəti qurumlar bəzi hallarda ölkə rəhbərliyinə düzgün məlumat çatdırmadıqları üçün "balaca padşahlar” rəhbərlik etdikləri rayonlarda hələ də "at oynadırlar”.
Belə olduğu halda isə, sözsüz ki, ölkə mediasının üzərinə böyük məsuliyyət düşür.
Hansı ki, prezident İlham Əliyev də bu məsələlərlə bağlı dəfələrlə jurnalistlərə müraciət edərək, onları korrupsioner və rüşvətxor məmurların ifşa olunmasına dəstək verməyə çağırıb. Məhz bu səbəbdən də, biz "Hürriyyət” olaraq ölkədə aparılan islahatlara dəstək vermək məqsədilə xalqın sərvətini talayan məmurlarla bağlı geniş araşdırmalara başlamışıq.
Oxucularımıza söz verdiyimiz kimi, bu yazıda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun qanunsuz yollarla əldə etdiyi dodaq uçuqladan varidatının siyahısını açıqlayacağıq. Öncə ondan başlayaq ki, A.Qasımov Nizaminin icra başçısı vəzifəsinə 22 sentyabr 2015-ci ildə təyin olunub. Bundan əvvəl müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri, 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Etibarlı mənbələrdən əldə etdiyimiz informasiyalara görə, A.Qasımov bu vəzifələrdə işlədiyi dönəmlərdə saymaqla bitməyən mülk sahibi olub, müxtəlif rayonlarla yanaşı, şəhərin ən gözəgəlimli yerlərində çox sayda torpaq sahələri, eləcə də həcmi on milyonlarla ölçülən nəğd pul vəsaiti əldə edib. Hansı ki, icra başçısının əmlaklarının bir hissəsinin siyahısı hazırda əlimizdədir və aşağıda dəyərli oxucularımıza təqdim edəcəyik. Amma qeyd etdiyimiz kimi, bunlar sadəcə bizim əldə etdiklərimizdir, yaxında A.Qasımovun bütün mal varlığını üzə çıxaracaq, hətta qarderobundakı pencəklərinin və köynəklərinin sayını da ictimaiyyətə açıqlayacağıq.
Diqqətli oxucularımızın xatirindədir ki, Arif Qasımovun öz sərvətini gizlətməyə çalışdığı haqda ötən yazımızda məlumat vermişdik. Qeyd etmişdik ki, oğlunun adına və ikisinin dəyəri yarım milyon dollardan çox olan avtomobil (dövlət nömrə nişanının yalnız "9” rəqəmlərindən ibarət olduğu bildirilir – müəl.) başqa şəxsin adına keçirilib.
Onu da vurğulamışdıq ki, icra başçısı təkcə oğluna məxsus avtomobilləri deyil, son illərdə qanunsuz yollarla əldə etdiyi milyonlarla dollar dəyəri olan obyektlərini də müxtəlif şəxslərin adına rəsmiləşdirib. Bu baxımdan, icra başçısı indi siyahısını təqdim edəcəyimiz obyektlərin ona aid olmadığını iddia edə bilər. Amma biz mənbəmizin etibarlılığına və aşağıda sadaladığımız mülklərin A.Qasımova məxsus olduğuna adımız kimi əminik.
Odur ki, buyurun, icra başçısının varidatının bir qismi ilə tanış olun:
– Bakının Nizami rayonunda yerləşən, keçmiş OMON-un binasının yanında, 30 sot torpaq sahəsinin içərisində tikilmiş "Amazon” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;
– Nizami rayonu, Elşən Süleymanov küçəsi 80-də, 8 sot torpaq sahəsinin içərisində yerləşən "Kölgə” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;
– Nizami rayonunda yerləşən məşhur "Neolit” restoranına şərikdir. Belə ki, bu restoranın səhmlərinin 50 faizi A.Qasımova məxsusdur;
– Nizami rayonu, Əli Vəliyev küçəsi 24-də ("Ruslan 93” kimi tanınan mağazanın arxasında) 8 nəfərin adına sənədləşdirilimiş torpaq sahəsi. Bölgüdə hər bir şəxin adına 10 sot torpaq sahəsi qeyd olunub. Bunların arasında icra başçısının qaynı və həyat yoldaşının adı da var. Ən maraqlısı isə odur ki, Arif Qasımov son vaxtlar bir çox əmlakı ilə yanaşı, sözügedən 80 sot torpaq sahəsini də satışa çıxarıb. Həmin ərazinin dəyəri təxminən 8 milyon manatdır;
– Sabunçu rayonu, Ramana qəsəbəsində, "Şuşa şəhərciyi” adlanan ərazinin yaxınlığında 150 hektara yaxın torpaq sahəsi. Hazırda bu ərazi də satışa çıxarılıb;
– Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində ("Xəzər” Universitetinin arxasında) əslən Şərurdan olan Elsevər adlı iş adamı ilə şərikli binalar. Hazırda bəzi binaların tikintisi davam edir. Tikintiyə icra başçısının oğlu nəzarət edir;
– 2011-ci ildə Nizaminin Bələdiyyə sədri olduğu vaxtlar qanunsuz yolla əldə etdiyi, Şərq küçəsi 40/85-də yerləşən və 10 nəfərin adına sənədləşdirilən torpaq sahəsi. Bölgüdə hər bir vətəndaşın adına 6 sot torpaq sahəsi rəsmiləşdirilib.
Arif Qasımovun oğlunun hal-hazırda istifadəsində olan "Mercedes-Maybach” avtomobili
– Nizami rayonu, Şərifli küçəsi 808-ci keçiddə yerləşən qara mərmərdən üzlənmiş milyonlarla dəyəri olan villa. Mənbə deyir ki, bu villanın altında böyük yaşayış kompleksinin qarajı qədər geniş olan yeraltı qaraj var. Burada A.Qasımovun dəyəri milyonlarla dollar olan maşın kolleksiyası yerləşir.
Bildirilir ki, villanın qarajında qiyməti 360 min dollar olan "Mercedes-Maybach”, 300-350 min dollarlıq "Gelendevagen Brabus”, 220 min dollarlıq "Mercedes GL”, həmçinin təxminən bu qiymətlərdə "Range Rover Sport”, "Mercedes S-klass” və s. markalı 30-a yaxın avtomobil var.
Şübhə yoxdur ki, aidiyyəti qurumlar bir gün Nizaminin icra başçısının da "qapısını döyəndə” həmin qarajdakı göz oxşayan avtomobillərin hamısı üzə çıxacaq;
– Nizami rayonunda, Vərəm Disponserinə yaxın ərzidə "Çayla” çay evi yerləşən 3 mərtəbəli bina.
Çoxları həmin obyektin Rəcəb adlı şəxsə məxsus olduğunu düşünür, əslində isə icra başçısı onunla şərikdir. Üstəlik diqqətli oxucularımız ərazidən keçərkən görəcəklər ki, bu bina tikilən zaman kobud qanun pozuntusuna yol verilib. Belə ki, döngədə yerləşən bina yolun yarısını tutub.
– Xətai rayonu, Keşlə qəsəbəsində (NZS pivə zavodunun yanında) 4-5 ədəd villa və hər birinin qarşısında da obyektlər;
– Xızı rayonu, "6 ağac” adlanan ərazidə hektarlarla torpaq sahəsi;
– 2011-2015-ci illərdə Siyəzən rayonunda icra başçısı işləyən dönəmdə böyük ərazidə quşçuluq ferması açıb ki, hazırda da fəaliyyət göstərir.
Bir daha qeyd edək ki, icra başçısının mal varlığı bu sadalananlarla bitmir. Əksinə, bunlar A.Qasımovun varidatının yalnız bir qismidir.
Odur ki, yaxın günlərdə bu haqda daha geniş açıqlama verəcəyik. Növbəti yazımızda isə sizə aydın olacaq ki, icra başçısı 2011-ci ildə Nizami rayonunun Bələdiyyə sədri işlədiyi dövrdən bu günə qədər sahib olduğu sərvəti kimlərin əli ilə və hansı qanunsuz yollarla əldə edib?
Məsələn, biləcəksiniz ki, hazırda Nizami Bələdiyyəsində çalışan Rəhimov Abbas Qəzənfər (A.Qasımov tərəfindən mərhum qardaşının yerinə gətirilib – müəl.) oğlu ilə icra başçısının nə kimi əlaqələri və bu "cütlük” öz qanunsuz əməllərini ört-basdır etmək üçün Xəlilov Yaşar Həsən oğlunu necə "aradan götürüb”.
O cümlədən, Nizami rayonunun hazırkı Bələdiyyə sədrinin öz işçisi olan Abbas Rəhimovun qanunsuz əməllərinə nə üçün göz yumduğunu, ona hər hansı söz deməyə cəsarət etmədiyini və ikincinin özünü sədrdən üstün səlahiyyət sahibi hesab etməsinin səbəbləri ilə bağlı faktları da təqdim edəcəyik.








Xəbərin oxunma sayı : 1426
Sosial
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV