Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Prezidentin qəzəbinə gələn iş adamı həbs olundu! – “Akula Akif”in ortağıdır!

Tarix 01.05.17, 12:11

Font ölçüsü : - / +
bitmap-img6


“MTN işi”ndə adı qırmızı xəttlə keçən və ölkədən qaçan “Akula Akif” ləqəbli Akif Mustafayevin ortaqlarından biri Azər İsmayılov həbs olunub

Azər İsmayılov barəsində dünən Xətai Rayon Məhkəməsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. (Ovqat.com)

Azər İsmayılov qeyri-qanunu inşaat işləri aparmaqda və bu məqsədlə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisindəki yaşıllıqları məhv etməkdə günahlandırılır. Hansı ki, hardasa iki həftə öncə bu inşaat işi ölkə başçısı İlham Əliyevin qəzəbinə gəlmiş və o, hadisəni “vicdansizlıq”, “biabırçılıq” və “cinayət” adlandırmışdı.

Prezidentin bu reaksiyasından sonra həmin inşaat dayandırılmış, tikintini aparan şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 130 min manat məbləğində cərimələnmiş və fakt üzrə cinayət işi açılmışdır. Azər İsmayılovun həbsinin də bu cinayət işi çərçivəsində həyata keçirildiyi xəbər verilir.

1493543630_akula

Bu cinayət işi çərçivəsində həbslərin təkcə Azər İsmayılovla yekunlaşmayacağı gözlənilir. Bu işə görə “Akula Akif”in dostu, Azər İsmayılovun qardaşı Adəm İsmayılovun da saxlanacağı bildirilir. “Çünki “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisini aparan şirkətin həqiqi sahibləri “Akula Akif” və Adəm İsmayılovdur” – məlumatlı mənbə bildirir.

Mənbə bu faktı sübuta yetirmək üçün ikilinin bundan əvvəl ZAZ tikinti şirkətindəki ortaqlığını təsdiqləyən sənədi də təqdim edib (Aşağıdakı fotoya bax.).







Xəbərin oxunma sayı : 1315




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap